azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Partnyorluq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Tədbirlər və görüşlər

18-21 fevral 2010-cu il tarixlərində İstanbul Tüyap Beylikdüzü Sərgi Mərkəzində Avrasiyanın ən böyük zərgərlik, qızıl və ləl-cavahirat sərgisi olan Gold İstanbul 2010 keçiriləcəkdir.



“Hindistanın 44-cü Beynəlxalq Geyim Sərgisi” keçiriləcək



“ISRMEX (İnternational Sugar Rice Maize Expo)  Hindistan 2010” şəkər, düyü və qarğıdalı sənayesi üzrə Pixie Consulting Solutions MMC tərəfindən təşkil olunan beynəlxalq səviyyəli sərgidir.


İzmir Ayaqqabı, çanta və aksesuarlar sərgisi, 14-17 yanvar 2010 ildə Beynəlxalq İzmir Sərgi salonunun bütün sektorlarında təşkil ediləcəkdir.



 24-25 noyabr 2009-cu il tarixində Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinində “Elm, texnika və innovasiya biznesi üçün elektron informasiya resursları” mövzusunda seminar keçiriləcək.


          Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfedarasiyası Birliyi 12-13 noyabr 2009-cu il tarixlərində Yunanıstanın Tessaloniki şəhərində Qara və Xəzər dənizi regionunda böhrandan sonra Yeni Ticarət və İnvestisiya imkanları mövzusunda III Biznes Forum təşkil edir.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


27 – 29 mart 2010-cu il tarixində Pakistanın Karaçi şəhərində Asiya ölkələrinin 4-cü Ənənəvi və Alternativ Enerji Mənbələri mövzusuna həsr olunmuş Beynəlxalq Sərgi və Konfrans keçiriləcəkdir. 



   06 – 08 fevral 2010-cu il tarixində Pakistanın Karaçi şəhərində Beynəlxalq Plastik, Qablaşdırma və Çap Avadanlıqları Sərgisi keçiriləcəkdir. 


     Azərbaycan Respublikasının Yunanıstan Republikasındakı Səfiriliyindən daxil olmuş məlumata əsasən bildirilir ki, Yunanıstan Respublikasının İnkişaf Nazirliyinin himayəsi və Bərpa olunan Enerji Mənbələri Mərkəzinin iştirakı ilə 3-7 mart 2010-cu il tarixlərində Afinada "CLİMATHERM 2010" beynəlxalq sərgisi keçiriləcəkdir. Sərgi haqqında ətraflı məlumatı ASK-dan öyrənə bilərsiniz.


“Rəqabətə davamlı bazarda sahibkarların rolu ” və “Horizontal Müqavilə, Kartel və qeyri qanuni razılaşmalar ”  mövzusunda seminar keçiriləcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Milli Koordinasiya Bürosu və “Milli Koordinasiya Bürosuna dəstək və Tərəfdaşlıq və Əməkdaşlıq Müqavilələrinin yerinə yetirilməsi” Avropa Yardım Layihəsi ilə birlikdə 11 fevral 2010-cu il tarixdə, saat 10-da       “Rəqabətə davamlı bazarda sahibkarların rolu ” və “Horizontal Müqavilə, Kartel və qeyri qanuni razılaşmalar ”  mövzusunda seminar təşkil edir. Seminarı Xaricdən dəvət olunan yüksək ixtisaslı Beynəlxalq ekspertlər Massimiliano Qançi (Avropa Birliyinin təcrübəsini çatdırmaq üçün) və xanım Rəhimə Quliyeva (Yerli hüquqi aspektlərin öyrənilməsi üçün)  tərəfindən aparılacaq və Azərbaycan  dilinə tərcümə olunacaqdır.

Eyni zamanda seminarın keçirildiyi vaxt ərzində Azbarter təşkilatı tərəfindən barter əməliyyatları barədə maraqlı təqdimat olacaqdır.

Tədbir Bakı şəhəri, Həsən Əliyev küçəsi 57 ünvanında ASK-nın konfrans zalında keçiriləcəkdir.

 

 

ASK-sı ilə Azərbaycan Universiteti arasında Əməkdaşlıq müqaviləsi imzalanmışdır


29 yanvar 2010-cu il saat 15.00-da ASK-nın mərkəzi ofisində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan Universiteti (AU) arasında Azərbaycan Respublikasında bizneslə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi naminə yeni tərəfdaşlıq mühitinin formalaşdırılmasına töhfələr verməsi, müasir elmi-texniki nailiyyətlərin sahibkarlığımızın inkişafına yönəldilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi, təkmilləşdirilməsi və inkişafına kömək göstərilməsi məqsədi ilə Əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Müqaviləni Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən ASK-nın prezidenti cənab Məmməd Musayev, Azərbaycan Universiteti tərəfindən isə AU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Akif Musayev imzalamışdırlar.

Rəsmi imzalanma mərasimindən sonra ASK prezidenti M. Musayev və AU rektoru A. Musayev mətbuat nümayəndəliyinin çoxsaylı suallarını cavablandırmışdırlar.

 

 

ASK-da  “Əməyin mühafizəsi “ mövzusunda

sahibkarlara seminar keçirilib
 

          Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Almaniyanın Bildungswerk Der Wirtshaft təşkilatı ilə tərəfdaşlıq layihəsinə uyğun olaraq dekabrın 8-də ASK-nın konfrans zalında “Əməyin mühafizəsi “ mövzusunda birgə seminar keçirmişlər.

            Seminarda Almaniyadan bu sahə üzrə ekspert Zikfrid Helvit və layihənin koordinatoru Henri Zimmerman iştirak etmişlər. Ekspert Almaniyada “Əməyin mühafizəsi “ sahəsində toplanmış təcrübədən geniş söz açmışdır. Seminarda Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Əmək müfəttişliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məsul işçiləri, ASK-nın üzvü olan 15 şirkət və müəssisədən əməyin təhlükəsizlik məsələləri ilə məşğul olan 27 mütəxəssis və ASK-nın mütəxəssisləri iştirak etmişlər.

            Almaniyalı mütəxəssislər dekabrın 9-da Dövlət Əmək Müfəttişliyində görüşdə olacaq, tikinti materiallarının istehsalı və satışı ilə məşğul olan “Mətanət A” şirkətində və idxal-ixrac əməliyyatları ilə məşğul olan “Müller İnteryer “Məhdud Məsuliyyətli Müəssisəsində də yerli mütəxəssislərlə əməyin mühafizəsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.

 

 
Amerika Birləşmiş Ştatları texnikasının və texnologiyasının  Azərbaycan Respublikasında kənd təsərrüfatı sahələrində tətbiqi

 

         Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Konfederasiyanın prezidenti cənab M.Musayevin rəhbərliyi ilə “Tİ Aqroservis MMC” tərəfindən 24 noyabr 2009-cu il tarixdə Konfederasiyanın konfrans zalında “Amerika Birləşmiş Ştatları texnikasının və texnologiyasının Azərbaycan Respublikasında kənd təsərrüfatı sahələrində tətbiqi” mövzusunda təqdimat keçirilmişdir. Təqdimatda Amerika Birləşmiş Ştatlarının “Valmont İrriqation İnc” şirkətinin son model süni yağmurlama sistemi və kənd təsərrüfatı texnikaları üzrə məşhur “John Deere İnternational” şirkətinin traktor və aqrotexniki avadanlıqları bu sahə üzrə məşğul olan sahibkarlara təqdim edilmişdir.   

         Məruzəçi “Tİ Aqroservis MMC”-nin direktoru Tengiz Jikia bildirmişdir ki, bu avadanlıqlar artıq Biləsuvar rayonunda  tətbiq edilmişdir. Rayonda 3400 hektar əkinə yararsız ərazidə ABŞ-ın son model texnika və texnologiyalarının tətbiqi ilə həyata keçirilən əkin işləri ölkədə yeni aqrar mədəniyyətinin formalaşmasına və kənd təsərrüfatına yeni yanaşma təfəkkürü yaratmışdır. “Tİ Aqroservis” MMC Biləsuvar rayonunda həyata keçirtdiyi belə işlərin və bundan da kiçiyinin Azərbaycanın digər rayonlarında da  həyata keçirilməsinin marağındadır.  

         İştirakçılar tərəfindən maraqla qarşılanan təqdimatda respublika Nazirlər Kabinetindən, İqtisadi inkişaf və Kənd təsərrüfatı nazirliklərindən, Sahibkarlığa Kömək Milli Fondundan, Aqrolizinq ASC-nın, Azpromodan, Abşeron rayonundan və bəzi kəndli fermer təsərrüfatlarından və digər marağı olan cəmiyyətlərdən də nümayəndələr iştirak etmişlər.

 

 

Professor M.Qasımovun “Sahibkarlar üçün sanitariya  və gigiyena qaydaları” adlı kitabının təqdimatı

 

            Bu gün, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) , respublikada gigiyena və sanitariya sahəsində tanınmış mütəxəssis, professor Maqsud Qasımovun Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Sahibkarlar üçün sanitariya və gigiyena qaydaları” adlı yeni kitabının  təqdimatı keçirildi.

            Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi şurası tərəfindən bəyənilərək Respublika Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən metodik tövsiyə sahibkarların normal fəaliyyətinin təşkili üçün son dərəcədə vacib sənəddir və onlara töhfədir.

            Tədbirdə müəlliflərin əksəri, Nazirlər Kabinetinin, Azərbaycan Həmkarlar İttifaqı konfederasiyasının, Bakı şəhər icra hakimiyyətinin, əlaqədar nazirlik və baş idarələrin, dövlət və özəl səhiyyə təşkilatlarının nümayəndələri, Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri, mətbuat və televiziyanın habelə ictimaiyyətin nümayəndələri iştirak edirlər.

            Tədbirin belə geniş tərkibdə keçirilməsində məqsədimiz diqqəti ölkə əhalisinin sağlamlığının qorunmasında son dərəcədə əhəmiyyətli olan sanitar və gigiyena qaydalarına əməl olunmasının vacibliyinə yönəltməkdir.

            Metodik tövsiyənin yazılmasında məqsəd bilavasitə istehsalat və ticarətlə məşğul olan sahibkarlar, qeyri dövlət təşkilatları, şirkətlər və digərləri ilə Dövlət Sanitariya orqanları arasında əlaqələr yaratmaq və onları asanlaşdırmaqdan ibarətdir. Metodik tövsiyədə sanitariya qaydaları və tələblərinə, profilaktik dezinfeksiya məsələlərinə və bunlardan başqa qida sənayesi, ictimai iaşə, ərzaq ticarəti sahəsində, sanitariya-epidemik (profilaktik) tədbirlərin həyata keçirilməsində istehsalat nəzarəti qaydaları və onun üsullarına geniş yer verilmişdir. Kitabda olan materiallar sadə, əlverişli formada toplanılmışdır, əhalinin sanitariya epidemioloji salamatlığı haqqında olan mövcud qanunvericilik, normativ sənədlər, sanitariya gigiyena qaydalarında öz əksini tapmışdır. 
            Sanitariya sahəsində qanunvericiliklərin həyata keçirilməsi ilə maraqlanan sahibkarlar qeyri dövlət təşkilatları, idarə, müəssisə rəhbərləri, iş adamları, mütəxəssislər, fermer təsərrüfatları və sağlamlığına biganə olmayan hər kəs bu kitabdan istifadə edə bilər.

Əminik ki, “Sahibkarlar üçün sanitariya  və gigiyena qaydaları” stolüstü kitaba çevriləcək və ona sözsüz əməl olunacaqdır.

 

Şirkətlərdə işçilərlə səmərəli iş aparılması” mövzusunda seminar 


         Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Almaniyanın Bildungswerk Der Wirtshaft təşkilatı arasında imzalanmış Tərəfdaşlıq layihəsinə uyğun olaraq, Konfederasiyanın üzvü olan təşkilat rəhbərləri, onların kadr üzrə müavinləri və ya kadrlar şöbəsinin rəhbərləri, habelə həmkarlar təşkilatı nümayəndələri üçün 18 noyabr 2009-cu il tarixdə saat 10.00 ASK-nın (Həsən Əliyev küçəsi 57) konfrans zalında “Şirkətlərdə işçilərlə səmərəli iş aparılması” mövzusunda seminar keçirilməsini təşkil edir.

         Seminarı Almaniyadan gələn, əvvəllər “Mercedes“ Hamburq şirkətinin kadrlar şöbəsinin rəisi işləmiş cənab Şrehn aparacaq. Seminarda işçilərin stimullaşdırılması, əmək müqavilələri ilə necə işləmək, işçilərin işə yanaşması və digər məsələlər barədə mülahizələr aparılacaq.

 

Latviyanın paytaxtı Riqa şəhərində Beynəlxalq İşəgötürənlər Təşkilatının (BİT) Avropa Üzvlərinin İclası keçirilmişdir.


        Latviyanın paytaxtı Riqa şəhərində Beynəlxalq İşəgötürənlər Təşkilatının (BİT) Avropa Üzvlərinin İclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev də iştirak etmişdir.

         Tədbir, Avropa ölkələrinin sahibkarlıq qurumlarının özəl sektora inamını bərpa etməyə və əmək bazarında fəallığı artırmağa yönəlmişdir. İclasda Avropanın 47 ölkəsinin işəgötürənlər təşkilatlarının rəhbərləri iştirak etmişdir.

         İclas qarşıdakı dövr üçün dünya əmək bazarında böhranla mübarizə aparmaq üçün cari siyasəti müəyyənləşdirmək, formalaşan sahibkarların rolunu gücləndirmək və strateji fəaliyyət planını hazırlamaq məqsədi ilə keçirilmişdir.

         İclasda Latviyanın əmək sahəsindəki cari durum və böhranla əlaqədar nəzərdə tutulan tədbirlər barədə, o cümlədən müxtəlif ölkələrin əmək bazarındakı hazırkı durum və böhranla əlaqədar nəzərdə tutulan tədbirlər barədə məlumat verilmişdir

         Beynəlxalq İşəgötürənlər Təşkilatının Baş Katibi cənab Antonio Penaloza beynəlxalq və regional tərəfdaşlarla işləməklə özəl sektora inamı bərpa edəcək və əmək bazarını canlandıra biləcək problemin siyasi həlli yolunu tapmaq istiqamətində göstərilən səylərdən söz açmışdır.

Yığıncaqda mühüm coğrafi-siyasi mövqedə yerləşən ölkəmizdə əlverişli biznes mühiti yaradılması sahəsində görülən işlər, iqtisadi böhran şəraitində belə Azərbaycanda ümumdaxili məhsul istehsalının artması barədə məlumat verilmişdir.

 



            
                   TEXNIKABANK

            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

            
            
            

            

            

            








 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər