azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Tərəfdaşlıq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: «Qara Dəniz regionu və Şərq Əməkdaşlığı ölkələrində vətəndaş cəmiyyəti – vətəndaş və sosial dialoqun inkişafı» mövzusunda Beynəlxalq Konfrans
          ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.


13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.



           5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.


15-18 noyabr 2011-ci il tarixlərində İstanbulda “EXPONFV 2011 – 5-ci Beynəlxalq Çərəz (qoz-fındıq), Meyvə-tərəvəz və onların Saxlanma Texnologiyaları” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.


          Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.


Bildiririk ki, 6-7-8 sentyabr 2011-ci il tarixlərdə “Baku Expo Mərkəzində” (Suraxanı r-nu, aeroport dairəsi) “Bakı Türk İxracat Məhsulları Sərgisi ” keçiriləcəkdir.


Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.      
  
 


Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.



          Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.


          2011-ci ildə Türkiyənin Hatay və Qaziantep şəhərlərində əkinçilik, qida və kənd təsərrüfatı texnikası və avadanlığı sahələrini əhatə edən səfər təşkil olunacaq.


           3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.


16 – 19 may 2011-ci il tarixləri arasında İstanbulda “EVTEKS – 17-ci İstanbul Ev TekstiliSərgisi”  keçiriləcəkdir.


           “İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...


Sahibkarların nəzərinə !

        Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.


       Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.


          Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.


            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 

«Qara Dəniz regionu və Şərq Əməkdaşlığı ölkələrində vətəndaş cəmiyyəti – vətəndaş və sosial dialoqun inkişafı» mövzusunda Beynəlxalq Konfrans


         2-3 mart 2009-cu il tarixdə Belçikanın Brüssel şəhərində Beynəlxalq Əmək Təşkilatının və Avropa İqtisadi və Sosial Komitəsinin təşkilatçılığı və 100-dən artıq Avropa İttifaqı, şərq regionu ölkələrinin işəgötürənlər, qeyri-hökumət təşkilatlarının, elmi-araşdırma institutlarının, regional ictimai-peşə təşkilatlarının, Aİ hökumət qurumlarının, BƏT-in və digər beynəlxalq təşkilatlarının nümayəndələrinin iştirakı ilə «Qara Dəniz regionu və Şərq Əməkdaşlığı ölkələrində vətəndaş cəmiyyəti – vətəndaş və sosial dialoqun inkişafı» mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir.
        Konfransın keçirilməsində məqsəd Aİ və «Şərq Əməkdaşlığı» ölkələrində vətəndaş cəmiyyətinin təşkilatlanmış strukturları arasında əlaqələri gücləndirmək, «Şərq Əməkdaşlığı» proqramının və «Qara Dəniz sinergiyası» təşəbbüsünün həyata keçirilməsində vətəndaş cəmiyyətinin roluna dair fikir mübadiləsi aparmaq, regionda effektiv sosial dialoqa nail olmaq, milli və regional səviyyədə vətəndaş cəmiyyəti şəbəkələrini formalaşdırmaq və həmçinin «Şərq Əməkdaşlığı» proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti Forumunun yaradılmasına təkan vermək olmuşdur.
        Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Ə. Məmmədov «Azərbaycan Respublikasında sosial dialoqun inkişafında işəgötürənlər təşkilatlarının rolu» mövzusunda çıxış etmişdir. O, çıxışında Azərbaycanda sosial dialoqun hüquqi bazası, sosial dialoqla bağlı işəgötürənlər təşkilatlarının üzləşdikləri çətinliklər, ölkədə sosial dialoqun gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər, o cümlədən bu istiqamətdə ASK-nın fəaliyyəti və hökumət qurumları ilə səmərəli əməkdaşlığı, Azərbaycanda sosial dialoqun gücləndirilməsi sahəsində Beynəlxalq Əmək Təşkilatının rolu, qlobal maliyyə böhranının sosial dialoqa təsiri, və digər bu kimi məsələləri işıqlandırmışdır.  

 

 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

             
             
            

            

            

            






 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər