|
ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.
|
|
13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.
|
|
5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.
|
|
15-18 noyabr 2011-ci il tarixlərində İstanbulda “EXPONFV 2011 – 5-ci Beynəlxalq Çərəz (qoz-fındıq), Meyvə-tərəvəz və onların Saxlanma Texnologiyaları” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.
|
|
Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.
|
|
Bildiririk ki, 6-7-8 sentyabr 2011-ci il tarixlərdə “Baku Expo Mərkəzində” (Suraxanı r-nu, aeroport dairəsi) “Bakı Türk İxracat Məhsulları Sərgisi ” keçiriləcəkdir.
|
|
Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.
|
|
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.
|
|
Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.
|
|
2011-ci ildə Türkiyənin Hatay və Qaziantep şəhərlərində əkinçilik, qida və kənd təsərrüfatı texnikası və avadanlığı sahələrini əhatə edən səfər təşkil olunacaq.
|
|
3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.
|
|
16 – 19 may 2011-ci il tarixləri arasında İstanbulda “EVTEKS – 17-ci İstanbul Ev TekstiliSərgisi” keçiriləcəkdir.
|
|
“İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...
|
|
Sahibkarların nəzərinə !
Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.
|
|
Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.
|
|
Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.
|
|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
ASK-nın Cəlilabad rayon nümayəndəliyinin direktoru
Xuraman Əliyeva
Respublika Prezidenti cənab İlham Əliyevi tərəfindən həyata keçirilən tədbirlər ölkəmizdə azad sahibkarlığın inkişafı üçün böyük imkanlar yaratmışdır. Bunu Cəlilabad rayonunu timsalında yaxşı görmək olur.
Son illər, xüsusən yola saldığımız 2008-ci ildə bir sıra iqtisadi uğurlara imza atılmışdır. Rəqəmlərə diqqət yetirsək görərik ki, keçən il rayon üzrə 152.4 min taxıl istehsal olunmuşdur ki, bu da 2007-ci ildəkindən 597 ton çoxdur. Torpaq mülkiyyətçiləri bitkiçiliyin digər sahələrində də yaxşı nailiyyətlər əldə etmişlər. Aqrar bölmənin inkişaf etdirilməsi nəticəsində 2008-ci ildə rayon üzrə 120.2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da 72.5 milyon manatı bitkiçilikdən, 47.7 milyon manatı isə heyvandarlıqdan əldə olunmuşdur.
Keçən il sənayenin inkişafı artan dinamika ilə getmiş, ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 1.5 dəfə, əvvəlki ilə nisbətən 17.7 artaraq 328.7 milyon manata çatmış, istehsal olunan məhsulun həcmi rayonda 2.1 milyon manat olmuşdur ki, bu da bütövlükdə 2003-cü ildəkindən 3.5 dəfə çoxdur. Bütün bu nailiyyətlərin qazanılmasında rayonun sosial-iqtisadi inkişafında rayonda fəaliyyət göstərən sahibkarların, iş adamlarının, torpaq mülkiyyətçilərinin xidmətləri çoxdur. Sahibkarlığın sürətli inkişafı rayonda infrastrukturun çiçəklənməsinə, bolluğun yaradılmasına güclü təkan verir.
Mən özüm sahibkar olmaqla yanaşı, həm də 2008-ci ildən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Cəlilabad rayon nümayəndəliyinin direktoru təyin edilmişəm. Mənə göstərilən etimadı doğrultmağa çalışıram. Nümayəndəlik sahibkarlarla səmərəli iş aparır, onların qayğıları ilə yaxından tanış olur, əməli köməkliyini əsirgəmir. Mən bu vəzifəyə təyin olunanda rayon nümayəndəliyinin cəmi 30-a yaxın üzvü var idi. Sahibkarlığın inkişafı sahəsində görülən tədbirlər, Həyata keçirilən təşkilatçılıq, təbliğat və təşviqat işləri sayəsində rayonda nümayəndəliyin üzvlərinin sayı qat-qat artmış və təşkilat kifayət qədər nüfuz qazanmışdır. Biz sahibkarlara dəstək verməklə yanaşı, rayonun ictimai-siyasi həyatında da fəal iştirak edirik. Bu ilə mən Azərbaycan qadınlarının III Qurultayında rayonumuzun qadınlarını təmsil etmişəm.
Mən bir mühüm məqamı da qeyd etmək istəyirəm. Sahibkarlığın inkişaf etdirilməsi sahəsindəki fəaliyyətimizdə biz həmişə Cəlilabad rayon İcra Hakimiyyətinin dəstəyini alırıq. İcra hakimiyyətinin başçısı cənab Əziz Əzizov sahibkarlarla mütamadi görüşləri və iş adamlarına göstərdiyi mənəvi dəstək rayonun iqtisadiyyatının sürətli inkişafında mühüm rol oynayır.
|
|
|
|
|