|
ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.
|
|
13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.
|
|
5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.
|
|
15-18 noyabr 2011-ci il tarixlərində İstanbulda “EXPONFV 2011 – 5-ci Beynəlxalq Çərəz (qoz-fındıq), Meyvə-tərəvəz və onların Saxlanma Texnologiyaları” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.
|
|
Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.
|
|
Bildiririk ki, 6-7-8 sentyabr 2011-ci il tarixlərdə “Baku Expo Mərkəzində” (Suraxanı r-nu, aeroport dairəsi) “Bakı Türk İxracat Məhsulları Sərgisi ” keçiriləcəkdir.
|
|
Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.
|
|
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.
|
|
Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.
|
|
2011-ci ildə Türkiyənin Hatay və Qaziantep şəhərlərində əkinçilik, qida və kənd təsərrüfatı texnikası və avadanlığı sahələrini əhatə edən səfər təşkil olunacaq.
|
|
3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.
|
|
16 – 19 may 2011-ci il tarixləri arasında İstanbulda “EVTEKS – 17-ci İstanbul Ev TekstiliSərgisi” keçiriləcəkdir.
|
|
“İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...
|
|
Sahibkarların nəzərinə !
Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.
|
|
Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.
|
|
Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.
|
|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
ASK - beynəlxalq tədbirlərdə iştirak edir
Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 13-17 dekabr 2011-ci ildə bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişlər.
İlk tədbir ASK-ı prezidentinin Şura sədrinin müavini olduğu Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi (SSBK) Rəyasət Heyətinin (ASK konqresin üzvüdür) iclası oldu. İclasda Konqresin 6 oktyabr 2011-ci il tarixdə Bakı şəhərində keçirilmiş Şura iclasının və beynəlxalq konfransın yekunları müzakirə olundu, bu tədbirlərə ev sahibliyi etmiş Azərbaycan Sahibkarlar Konfederasiyasına yüksək qiymət verilərək düşünülmüş təşkilatı işlərə görə Azərbaycan tərəfinə minnətdarlıq edildi.
Rəyasət Heyətində SSBK-nın strukturunun modernləşdirilməsi, Konqresin, onun üzv və tərəfdaşlarının layihə və proqramlarının həyata keçirilməsində fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və 2012-ci ildə Konqresin fəaliyyətinin əsas istiqamətləri haqqında məsələlər müzakirə olunmuşdur.
Konqresdə Məmməd Musayev çıxış etdi.
Konqresin 20 illiyi ilə əlaqədar yubiley tədbirlərinin və Konqresin növbəti Şura iclasının fevral ayının 8-də Moskva şəhərində keçirilməsi qərara alınmışdır.
Qaradəniz Əməkdaşlıq təşkilatının biznes Şurasında Azərbaycanı ASK təmsil etdiyi üçün nümayəndə Heyəti Şuraya sədrlik dövründə Rusiya Federasiyası komitəsinin təşkil etdiyi “Qara-Dəniz 2011 – İnnovasiya və investisiya layihələrinin nümayişi” mövzusunda sərginin açılışında və təşkilatın biznes Şurasının 41-ci iclasında da iştirak etmişdir.
İclasda katibliyin hesabatı dinlənilmiş, bir sıra təşkilatı məsələlər müzakirə olunmuşdur. Biznes şurasının və onun Katibliyinin işinin canlandırılması yönümündə geniş müzakirələr aparılaraq yeni tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Şuraya sədrlik növbəti altı ay müddətinə Serbiyaya Respublikasına keçdi.
Serbiya tərəfədən Şuranın təmsilçisi – Ticatər Sənaye Palatasının rəhbəri sədrlik dövründə görüləcək işlər barədə geniş məlumat verdi.
ASK-nın prezidenti iclasda çıxış edərək, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı yeni investisiya imkanlarından danışaraq, qurumun işinin canlandırılması üçün bir sıra təkliflər irəli sürdü.
Tədbir çərçivəsində Rusiya Xarici işlər nazirinin I-ci müavini A.İ. Denisovla görüş keçirilmiş, rusiya və azərbaycan sahibkarları arasında mövcud əlaqələrin daha da genişləndirilməsi perespiktivləri müzakirə olunmuşdur.
Nümayəndə heyəti Ukrayna Sənayeçilər və Sahibkarlar İttifaqının dəvəti ilə onların qurultayında iştirak etmişdir. İttifaqın prezidenti, Sənayeçilər və Sahibkarların Beynəlxalq konqresinin birinci vitse-prezidenti, Ukrayna Parlamentinin üzvü Anatoli Kinax hesabat məruzəsi etmiş, tədbirdə iştirak edən nümayəndələrə, o cümlədən azərbaycan nümayəndə heyətinə onların dəvətini qəbul etdiklərinə görə minnətdarlıq etdi. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə birlikdə Ukraynada yaşayıb işləyən bir qrup iş adamı da qurultayda iştirak etdilər. Onlarla görüşlər kecirildi, Ukraynada yaşayan iş adamları birliyinin yaradılması və digər məsələlər müzakirə olundu.
ASK-nın nümayəndə heyəti Polşa işəgötürənlər Konfederasiyasının dəvəti ilə iki gün ərzində Polşa Respublikasında da olmuşdur.
Azərbaycan nümayəndə heyəti əvvəlcə Polşa işəgötürənlər konfederasiyasının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişdir.
Tədbirdə Polşa işəgötürənlər konfederasiyasının üzvü olan qabaqcıl müəssisə rəhbərlərinə Polşa prezidentinin fərmanı ilə bir sıra orden və medallar və konfederasiyanın fərqləndirici nişanları təqdim olunmuşdur.
Tədbirdə Azərbaycanın Polşa Respublikasındakı səfiri Həsən Həsənov da iştirak etmişdir.
İkinci gün Avropa ittifaqına Polşanın sədrliyi dövründə Polşa işəgötürənlər konfederasiyasının ev sahibliyi ilə Şərq tərəfdaşlığı layihəsi çərçivəsində Beynəlxalq konfrans keçirilmişdir. Konfransda dəvət olunmuş ölkələrlə yanaşı Azərbaycan nümayəndə heyəti də iştirak edirdi. Konfransda Avropa ittifaqının bir qrup struktur rəhbərləri, ekspertlər, institut rəhbərləri iştirak və çıxış etdilər. Şərq tərəfdaşları olan ölkələrin nümayəndələri, o cümlədən ASK-nın Baş Katibi Məhəmmədəli Əfəndiyev çıxış etdi.
Tədbirdə Avropa ittifaqının iqtisadiyyatın inkişafına köməyi, Şərq tərəfdaşlığı və onun Avropa ittifaqının möhkəmləndirilməsi və genişləndirilməsində əhəmiyyəti, ayrı-ayrı ölkələrdə inkişaf, Avropa Birliyi və birliyə daxil olan ölkələrlə qarşılıqlı əlaqəsi və digər məsələlər ətraflı müzakirə olundu.
Sonda Konfrans adından birgə bəyanət qəbul olundu.
ASK-nın Prezidenti etdiyi çıxışlarda və keçirdiyi görüşlərdə inkişaf edən Azərbaycan iqtisadiyyatı, ölkədə yaradılmış münbit investisiya mühiti barədə geniş məlumat verərək, iş adamlarını qarşılıqlı faydalı əməkdaşlığa dəvət etdi.
|
|
ASK rəhbərliyi ümumdünya sahibkarlıq sammitində iştirak etmişdir
Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin (TOBB) Prezidenti cənab Rifat Hisarcioğlunun dəvəti ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti cənab Məmməd Musayev 3-6 Dekabr 2011-ci il tarixdə İstanbulda Türkiyə Baş Naziri tərəfindən təşkil olunan “Sahibkarlıq, Dəyərlər və İnkişaf: Gündəlikdə Duran Qlobal Məsələlər” mövzusu çərçivəsində Sahibkarlıq üzrə 2-ci Ümumdünya Sammitində iştirak etmişdir.
Bütün dünya ölkələrindən sahibkarları və sahibkarlıq subyektlərini özündə birləşdirən ictimai təşkilatları bir yerə toplayan bu Sammit ilk dəfə olaraq 2010-cu ilin aprel ayında Vaşinqtonda ABŞ prezidenti Barak Obamanın ev sahibliyi ilə keçirilmişdir.
Sammit öz işinə dekabr ayının 3-də möhtəşəm İstanbul Konqres Mərkəzində dünyanın əksər ölkələrindən gəlmiş qonaqların və eyni zamanda Türkiyə Cumhuriyyətinin Baş Bakanlığının çoxsaylı nazirlərininin iştirakı ilə başladı. Açılış nitqləri ilə Türkiyə Parlamentinin Sədri cənab Cemil Çiçek, Türkiyənin İqtisadiyyat Naziri cənab Zəfər Çağlayan, ABŞ-ın Vitze prezidenti cənab Co Bayden, Türkiyə Baş Nazirinin müavini cənab Əli Babacan Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat Naziri cənab Sultan bin Sayed al-Mansuri çıxış etdilər.
İkinci dəfə keçirilən Sammitin məqsədi sahibkarlıq mədəniyyətinin inkişafı, beynəlxalq əməkdaşlığın sahibkarlar tərəfindən dəstəklənməsi, mədəniyyətlərarası yaxınlaşma, sahibkarlıq sahələrindəki uğurlar barədə fikir mübadiləsi aparılması, yeni texnoloju imkanların iqtisadiyyata inteqrasiyası, davamiyyətli inkişafa nail olmaq üçün yeni imkanların araşdırılması və uğurlu iqtisadi modellərin tətbqi sahəsində görülən işlərin Sammit iştirakçılarına çatdırılmasından ibarət idi.
Növbəti Sammitin 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi qərarlaşdırıldı.
Sammit dövründə ASK-nın Prezidenti cənab M. Musayev TOBB-un Prezidenti cənab Rifat Hisarçıoğlu ilə görüş keçirdi. Görüşdə hər iki təşkilat arasında mövcud əlaqələrin daha da genişlənməsi, Asiya və İslam ölkələrinin ticarət və sənaye palatarı təşkilatlarına üzv olma, bu təşkilatların keçirdikləri beynəlxalq tədbirlərdə daha yaxından təmsil olmaq məsələləri barədə müzakirələr aparıldı. Cənab M. Musayev yüksək templə inkişaf edən Azərbaycan iqtisadiyyatı ölkədə yaradılmış minbit investisiya mühütü, sahibkarlığın inkişafına zəmin yaradan beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradıldığı barədə ətraflı məlumat verərək, Azərbaycanda qarşılıqlı faydalı iş qurmağa, birgə fəaliyyət göstərməyə dəvət etdi. O, Türkiyənin TOBB kimi nüfüzlu təşkilat ilə bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi,belə görüşlərin müntəzəm xarakter daşımasının hər iki tərəf üçün qarşılıqlı faydalı olacağına ümüdvar olduğunu bildirdi. |
|
Azərbaycan-Yaponiya iqtisadi əlaqələrini gücləndirir
29 noyabr 2011-ci il tarixində Sakura Azərbaycan-Yaponiya İctimai Birliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Konfederasiyanın Konfrans zalında “Yaponiya iqtisadiyyatı və Azərbaycan-Yaponiya ölkələri arasında beynəlxalq biznes əlaqələrin inkişafı və onun həlledici (strateji) istiqamətləri” mövzusunda ASK üzvləri üçün seminar təşkil etmişdilər.
Seminarı keçirməkdə məqsəd Azərbaycan-Yaponiya iqtisadi-biznes əlaqələrinin inkişafı, onun həlledici strateji istiqamətləri, Yaponiyada iqtisadiyyatın və biznesin əhəmiyyətli inkişafı haqda, investorların, partnyorların tapılması və onların təmin olunma yolları, və ən əsası Azərbaycan və Yaponiya şirkətləri və sahibkarları arasında qarşılıqlı beynəlxalq-iqtisadi əlaqələrin yaradılmasından ibarət idi.
Seminarı Yaponiyadan dəvət edilmiş Kvansey Qakuin Universitetinin professoru və Global Dinamik şirkətinin prezidenti cənab Toşiyuki Yamanaka aparırdı. Professor Yaponiyanın ÜDM-nun həcminə görə dünyada Çindən sonra ikinci yerdə olduğunu qeyd etdi, o bildirdi ki, inflyasiya 0,3%, işsizlik isə 4,7% təşkil edir, Yaponiya haqda və onun iqtisadi inkişafı dünya bazarında rolundan danışdı. O qeyd etdi ki, Yaponiyada hər hansı bir insan müəyyən problemlərlə qarşılaşırsa o bu problemi kiminsə köməyi ilə yox özü bu problemin həlli yollarını oturub fikirləşərək tapır. Bu da insanın öz bacarığını nümayiş etməyi göstərir. Bu da yapon xasiyyətidir.
Seminarda şirkət və cəmiyyət direktorları, müavinləri, nümayəndələri, iş adamları ümumilikdə 30-a yaxın adamlar iştirak etmişdilər. Seminar çox maraqlı keçərək sorğu-sualla öz işini bitirmişdir.
|
|
Avropa Palataları Assosiasiyası və ASK sahibkarlar üçün seminar-treninqlər keçirir
16 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində, “East İnvest” layihəsi üzrə 2 seminar-treninqlərin keçirilməsi işinə başlanıb. Seminar-treninqlərin kiçik və orta sahibkarlar üçün 16,17,18 və 21,22,23 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.
Seminarın açılışında çıxış edən ASK prezidenti Məmməd Musayev və İqtisadi İnkişaf nazirliyinin şöbə müdiri Zaur Qasımov Azərbaycan iqtisadiyyatından danışaraq bildirdilər ki, Avropa Birliyi təlimçiləri tərəfindən sahibkarlara Avropa bazarlarına çıxış imkanları, bu bazarın şərtləri və texniki sənədləri barədə geniş məruzələr tədris olunacaq. Həmçinin tədbirdə Avropa Ticarət Palatasının Beynəlxalq əlaqələr departamentinin müdiri cənab Dirk Vantiqem çıxış edərək iştirakçıları salamlamış və işlərində müvəffəqiyyətlər arzu etmişdir.
Seminarda mal və xidmətlərin sərbəst hərəkəti, rəqabət siyasəti, texniki standartlar və sertifikatlaşdırma, gömrük siyasəti, əqli mülkiyyət hüququ və digər mövzular barədə xarici ekspertlərin çıxışları olacaq.
Seminar-treninqlərin məqsədi Azərbaycan şirkətlərinin Avropa şirkətləri ilə əlaqələrini genişləndirməkdir.
Treninqin başlanğıcı start mərhələsi Avropa standartları ilə tanış olmayan və ya az məlumatlı olan şirkətləri maarifləndirmək, o biri hissəsində isə Avropa Birliyi standartları və qanunvericiliyi ilə tanış olmaqdır.
Seminarda 20-yə qədər şirkət nümayəndələri iştirak edirlər. |
|
Alman-Azərbaycan iş adamları əlaqələri genişləndirilir
14 noyabr 2011-ci il tarixdə ASK-nın konfrans zalında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Alman-Azərbaycan məsləhət şirkətinin təşkilatçılığı ilə “Azərbaycanın aqrar təsərrüfatında , bağçılıq və qida sənayesində investisiyalar, biznes və maliyyələşmə imkanları” mövzusunda Almaniyadan, İngiltərədən, Belçikadan, Fransadan və İtalyadan aqrar sahə ilə məşğul olan 10 şirkətin nümayəndələri Azərbaycanda bu sahə ilə məşğul olan şirkət nümayəndələri ilə birlikdə Aqrar Biznes Forum keçirmişlər.
Forumun açılışında Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti cənab Məmməd Musayev, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Zaur Qasımov və Alman-Azərbaycan məsləhət şirkətinin rəhbəri Nahidə Əhmədova tədbiri giriş sözü ilə açaraq ölkədə əlverişli biznes mühitinin olması, sahibkarlığın inkişafı və ölkə iqtisadiyyatında özəl sektorun xüsusi çəkisinin dinamik artımı barədə danışmışlar. Onlar ikitərəfli görüşlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş məlumat vermişlər.
Forumda Almaniyada və digər Avropa ölkələrində kənd təsərrüfatının vəziyyəti, ikitərəfli əməkdaşlıq, investisiya layihələri və digər məsələlər barədə müzakirələr aparılmış, qonaqların hər biri xüsusi təqdimat etmişlər.
Əsasən heyvandarlıq və quşçuluq üçün yem zavodu, taxılın qurudulması və anbarlaşdırılması, qida sənayesi, istixanaların isitmə və havalandırma sistemi, meyvə-tərəvəzin saxlanması üçün soyuducu anbar, ətin, südün saxlanması üçün soyuducu avadanlıqları, istixanalar-parniklər, bağ salma texnikası, meyvələrin çeşidlənməsi, qurudulması və qablaşdırılması və digər sahələrin avadanlıqları mövzularında danışıqlar getmişdir.
Tədbirdə Almaniya Federativ Respublikasının Azərbaycandakı
Fövqəladə və Səlahiyyətli Səfiri Herbert Kvelle və GİZ-in Bakı ofisinin özəl sektorun inkişafı proqramının əməkdaşı xanım Tina Flegel də iştirak ediblər. Səfir iştirakçılara və xüsusən Almaniyadan gələn şirkətlərə müraciət edərək belə qarşılıqlı əməkdaşlıqların həyata keçirilməsində Səfirliyin köməklik etməsini bildirdi.
Azərbaycan tərəfindən tədbirdə Kənd Təsərrüfatı nazirliyinin və Turan bankın mütəxəssisləri, 30-a qədər şirkət və fərdi sahibkar iştirak ediblər. |
|
Türkiyənin “Oyak” holdinqinin ASK-da təqdimatı keçirilmişdir
02 noyabr 2011-ci il tarixdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Türkiyənin “Oyak” holdinqinin üzvləri olan “Hektaş” və “Tükaş” şirkətləri tərəfindən təqdimat mərasimi keçirilib.
Tədbirin məqsədi kənd təsərrüfatında müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsində, iki ölkənin biznes adamları arasında qarşılıqlı əlaqələrin yaradılmasında sahibkarlara dəstək verməkdir.
Konfederasiyanın prezidenti Məmməd Musayev tədbir iştirakçılarına müraciət edərək bildirdi ki, son dövrlər Azərbaycanın sürətlə inkişaf etdiyini və müasir texnologiyalara tələbatın artdığını nəzərə alaraq iki dövlət sahibkarları arasında belə qarşılıqlı görüşlərin keçirilməsi və iki tərəfli əlaqələrin yaradılması çox mühüm məsələlərdən biridir. O qeyd edib ki, hazırda Azərbaycanda bir çox şirkət Türkiyədə istehsal olunan texnikalardan istifadə edir və bu, həmin müəssisələrin gəlirlərinin artmasına əhəmiyyətli şəkildə təsir göstərir.
“Oyak” holdinqinin nümayəndələri öz təqdimatlarında kənd təsərrüfatı texnikası və avadanlıqlarını və istehsal etdikləri məhsulları çeşidləri ilə sahibkarlara təqdim etdilər.
Təqdimatda ASK-nın üzvləri , aparat nümayəndələri və iş adamları da iştirak edirdilər. |
|
"Ekoloji təmiz kənd təsərrüfatı uğrunda" adlı tədbir keçirilmişdir
Peşəkar sahibkarlar təbəqəsinin formalaşması, sağlam biznes mühitinin təşəkkülü istiqamətində həyata keçirilən kompleks tədbirlər sistemi ölkənin iqtisadi inkişafına müsbət təsirini göstərməkdədir. Dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilib yerli şəraitə uyğun tətbiq olunması, biznes mühitinə dair qanunvericiliyin, sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər öz real bəhrəsini verməkdədir.
Bu tədbirlər sırasında ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin maarifləndirilməsi, geniş informasiya şəbəkəsinin formalaşdırılması, münasib kadrların seçilib yerləşdirilməsi məqsədilə təsirli tədbirlərin görülməsi, seminar və konfransların keçirilməsi qlobal əhəmiyyət kəsb edir. Bütün bu tələblərə cavab olaraq Türk Əməkdaşlıq və İnkişaf Agentliyi arasında (TİKA) əməkdaşlıq çərçivəsində “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlar arası əməkdaşlığın inkişaf etdirilməsi” layihəsi həyata keçirilir. Layihə, Azərbaycan Respublikasında qeyri-neft məhsullarının ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolunun formalaşdırılması istiqamətində tövsiyələrin hazırlanmasına və Türkiyə təcrübəsinin araşdırılmasına hədəflənməklə bir ili əhatə edir. Layihənin növbəti mərhələsində “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı və davamlı insan inkişafı (Türkiyə-Azərbaycan təcrübə mübadiləsi)” mövzusunda 2011-ci il 1 noyabr tarixdə Gəncə şəhərində və “Qeyri-neft ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolu (Türkiyə-Azərbaycan təcrübə mübadiləsi)” mövzusunda 2011-ci il 4 noyabr tarixdə Bakı şəhərində konfransların keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Milli Elmlər Akademiyasının, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin, Türk aməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Azərbaycandakı nümayəndəliyinin, Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi Bitkiçilik Baş İdarəsinin, Samsun İl Özəl İdarəsinin, Ege İxracatçı Birliyinin və 19 Mayıs Universitetinin nümayəndələrinin iştirakı təmin olunmuşdur.
Cari ilin 1 noyabr tarixində Gəncə şəhərində “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı və onun davamlı insan inkişafında rolu” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası Sahibkarlar təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev iştirak edərək “Aqrar sənaye kompleksinin inkişafında özəl sektorun rolunun artırılması” mövzusunda çıxış etmişdir. Noyabrın 4-də Bakı şəhərində “Qeyri-Neft ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolu” mövzusunda konfrans keçirilməsi nəzərdə tutulur. |
|
Alma-atada Türkdilli Ölkələrin Forumu.
Cari il oktyabr ayının 20-də Alma-ata şəhərində Türkdilli Ölkələrin dövlət Başçılarının 11-ci zirvə görüşü çərçivəsində Türkdilli Ölkələrin Forumu və Türkdilli Ölkələrin İşgüzar Şurasının ilk iclası keçiriləcək. Adı çəkilən tədbirdə Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstanın yüksək səviyyəli nümayəndələrinin iştirakı nəzərdə tutulur. Həmin forumda adı çəkilən ölkələrin nümayəndələri iki və çox tərəfli danışıqlar aparacaqlar.
Bundan əlavə türkdilli ölkələr arasında ticarət və iqtisadi əlaqələri gücləndirmək, İşgüzar Şura yaratmaq məqsədi ilə qarşılıqlı müqavilələrin imzalanması qərara alınıb. İşgüzar Şuraya Türkdilli dövlətlərin iri müəssisələrin nümayəndələrinin daxil olması nəzərdə tutulur .
Türkdilli Ölkələrin növbəti forumu və İşgüzar Şuranın iclasında iştirak etmək üçün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və konfederasiyanın baş katibi Məhəmmədəli Əfəndiyev Alma-ata şəhərinə ezam olunacaqlar.
|
|
“Şərq Tərəfdaşlığı” proqramının biznes forumu
“Şərq Tərəfdaşlığı” proqramının biznes forumu Polşanın Sopot şəhərində sentyabrın 30-da başlanmış “Şərq Tərəfdaşlığı” proqramının rəsmi sammiti ilə paralel vaxtda keçirilmişdir.
Tədbir Özəl İşəgötürənlər Konfederasiyası (PKPP Lewiatan) və Avropa Biznes Konfederasiyası (BusinessEurope) tərəfindən təşkil edilmişdir.
Biznes foruma Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrindən yüzlərlə iştirakçı qatılmışdır. Toplantıda sahibkar və sərmayədarlar, menecerlər, sahibkar təşkilatların nümayəndələri, Avropa Komissiyası və hökumət təmsilçiləri, eləcə də ekspert-iqtisadçılar iştirak etmişlər. Foruma Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan nümayəndələri qatılmışlar.
Forumu Polşanın Özəl İşəgötürənlər Konfederasiyasının Prezidenti (PKPP Lewiatan) Henrika Boçinarz giriş sözü ilə açaraq qonaqları salamlayıb və “Şərq tərəfdaşlığı” proqramının biznes mühitinə əhəmiyyəti haqqında danışmışdır.
Keçirilmiş müzakirələrdə Azərbaycanda İxracatın və İnvestisiyaların təşviqi Fondunun (AZPROMO) prezidenti Adil Məmmədov ölkə təqdimatı ilə çıxış etmişdir. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin müdir müavini Elnur Ələkbərov tədbir zamanı təcrübə mübadilələri aparmış, eləcə də Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin nümayəndələri ilə birgə layihələr imkanlarını müzakirə etmişdir.
Sonda Azərbaycan Polşa tərəfindən qonaqların şərəfinə ziyafət verilmişdir. Ziyafətdə Avropa Şurasının rəhbəri Herman Van Rompuy və Polşanın baş naziri Donald Tusk nitq söyləyərək bildirmişlər ki, forumun keçirilməsində əsas məqsəd “Şərq tərəfdaşlığı” ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir.
|
|
Fransada biznes forum keçirilmişdir
Parisdə keçirilən biznes Forumda Azərbaycandan dəvət olunmuş 30 müxtəlif şirkətlərin nümayəndələri və Fransanın çoxsaylı Sahibkarları iştirak edirdilər.Forumda Fransa Azərbaycan arasında biznes əlaqələrinin güclənməsi,bu istiqamətdə zəruri tədbirlərin görülməsi məsələləri ilə əlaqədar müzakirələr aparıldı.
Azərbaycan Respublikasının Maliyyə naziri, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Samir Şərifov,”MEDEF- international”–ın baş direktoru Tiyeri Kourto, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev çıxış etmişlər. M.Musayev Fransa bankları,xüsusi ilə də Kredi-Aqrikol ilə olan birgə təcrübədən və əlaqələrin gələcəkdə genişləndirilməsindən söhbət açmışdır. |
|
“Soçi 2011 forumu” maraqlı məsələlərə həsr olunmuşdu.
Soçi şəhərində keçirilən “ X Beynəlxalq İnvestisiya Forumu Soçi-2011” –də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının keçirdiyi əlaqələndirmə iclası, Rusiya tərəfinin sədirlik etdiyi dövr ərzində proqramın yerinə yetirilməsi, Brusel şəhərində keçirilən Avropa Sammitinin investisiya yekunları, əməkdaşlıq haqda bəzi layihələrin müzakirəsi müəyyən mərkəzlərin, şuraların, fondların, sərgilərin təşkil edilməsi məsələləri müzakirə olundu.
Tədbirin sonunda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının problemləri və onların həlli mövzusunda film nümayiş etdirilərək, elan olundu ki, Şura oz növbəti iclasını 13 dekabr 2011-ci il Moskva şəhərində keçirəcək.
Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın şöbə müdiri Eldəniz Məmmədov bu yığıncaqda iştirak etmək üçün Soçi şəhərinə ezam olunmuşdur.Belə tədbirlərdə ASK nümayəndələrinin müntəzəm iştirakı və müzakirə olunan məsələlərin yerli sahibkarlara çatdirilması məqsədilə müvafiq tədbirlərin görülməsi məqsədə uyğun hesab edilmişdir. |
|
Biznes forumda nədən danışıldı....
Azərbaycan-Avstriya ölkələri arasında qarşılıqlı əməkdaşlığın, biznes əlaqələrinin güclənməsi, bu istiqamətdə intensiv danışıqların aparılması məqasədi ilə sentyabrın 12-20-də Bakı şəhərində keçirilən Biznes Forumu Azərbaycan və Vyana haqqında videoçarxın nümayişi ilə öz işinə başladı.Forumda Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirinin müavini Niyazi Səfərov, Azərbaycan-Avstriya Hökümətlərarası Komissiyasının həmsədri cənab Əli Abbasov və Vyananın Vitse Meri və icra hakimiyyətinin müavini xanım Renate Brauner çıxış etdilər.Forumun işində çıxış edən Azərbaycanda İxracatın və İnvestisiyaların təşviqi Fondunun Prezidenti (AZPROMO) Adil Məmmədov, Avstriyanın Azərbaycandakı Səfiri xanım Silvia Mayer-kaybiç, Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) Prezidenti cənab Alon Şklarek, Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) Təsisçi üzvü cənab Qabi Lanski öz fikir və mülahizələrini bildirdilər.Xanım Aleksandra Voql (TİNA Vienna-nın baş direktoru) “Vyana nou-hausu.Şəhər texnologiyaları və strategiyalar” sərgisi üzrə müşayət olunan tur barədə məlumat verdi.Biznes formunda Azərbaycan Sahibkarlar (işəgötürənlər) Milli Konfederasiyasının beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin müdiri Adil Qurbanov biznes formun işində iştirak etmişdir.Bu mühüm tədbirin Azərbaycanda fəaliyyət göstərən iş adamları üçün əhəmiyyətli olduğu nəzərə alınaraq müvafiq maarifləndirmə işləri aparılması qərara alındı.
|
|
Tel-Əvivdə müzakirirələr
İsrayilin paytaxtı Tel-Əviv şəhərində İsaril İstehsalatçılar Assosasiyasının(MAİ) dəvəti əsasında beynəlxalq İşəgötürənlər Təşkilatlarının Avropalı üzvlərinin İllik Toplantısı keçirilmişdir.Açılış Sessiyasında İsrail İstehsalatçılar Assosasiyasının Prezidenti Şarqa Bros,BİT-in Baş katibi Antonio Penaloza çıxış edərək iştirakçıları salamlamışlar.
İclasın birinci panel sessiyasında Qlobal biznes siyasəti mövzusunda müzakirələr aparılmış,böyük iyirmilik ölkələrin üzləşdiyi çətinliklər və onların aradan qaldırılması üçün nəzərdə tutulan tədbirlərin ümumi mahiyyəti barədə toplantı işçılərinə məlumat verilmişdir.İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının beynəlxalq (çoxmillətli) müəssisələr üçün qaydaları,İSO standartları və insan hüquqlarının qorunması üzrə şirkətlərdə aparılan son dəyişikliklər də müzakirə mövzusuna çevrilmişdir. Adı çəkilən məsələlərlə əlaqədar MEDEF-ın direktoru Emmanuel Julien ,BİT-in baş məsləhətçisi Erik Oeksin,BİAC-ın baş katibi cənab Tadahiro Asami və başqaları toplantı iştirakçılarına ətraflı məlumat vermişlər.
Sonrakı panel sessiyasında işçi qüvvəsinin inteqrasiyası, demoqrafik məsələlər, əmək bazarının uyğunluğu və işçilərin təhlükəsizliyi barədə debatlar aparılmışdır.
Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Beynəlxalq Əlaqələr və Biznesin İnkişafı Şöbəsisnin müdiri Adil Qurbanov iştirak etmiş,müzakirə olunan məsələlərin Azərbaycandakı iş adamlarına çatdırılması,müxtəlif seminar,treninq və görüşlərdə bu mühüm məsələlərə toxunulması zəruriyyəti diqqət mərkəzində saxlanılmışdır. |
|
Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlarının Almaniyaya səfəri başa çatmışdır
5-6 may 2011-ci il tarixlərdə Almaniya Federativ Respublikasının Berlin və Münhen şəhərlərində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Bavariya Federal Torpağının İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar Nazirliyinin və ölkəmizin Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Almaniya-Azərbaycan biznes forumu keçirilmişdir.
Forumda Azərbaycanın nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti M. Musayev və Konfederasiyanın şöbə müdiri A. Qurbanov da iştirak etmişdir.
Tədbirə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, enerji, maliyyə, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın iş adamı qatılmışdır.
Biznes forumda çıxış edən İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Biznes forum birgə əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etmişdir.
İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Almaniyaya səfərin sonuncu günü Bavariya Federal Torpağının Federal və Avropa Məsələləri üzrə Dövlət naziri Emiliya Müller ilə görüşmüşdür. Görüşdə Bavariya Əyaləti ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri, potensial əməkdaşlıq sahələri ilə bağlı müzakirələr aparılmışdır.
Forum çərçivəsində ASK-nın Prezidenti cənab M. Musayevin Münhen və Yuxarı Bavariya əyalətinin Sənaye və Ticarət Palatasının Vitse-Prezidenti və Palatanın İcraçı Direktoru cənab Frank Dollendorf ilə görüşündə ASK ilə Münhen Ticarət Palatası arasında işgüzar əlaqələrin yaradılması üzrə birgə əməkdaşlıq sazişlərinin müzakirə olunması və imzalanmasına dair razılıq əldə olunmuşdur. Sazişin bu ilin oktyabr ayında Almaniya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanması nəzərdə tutulub. |
|
ASK-nın prezidenti Sahibkarların və İşəgötürənlərin Milli Assosiasiya və Konfederasiyaları rəhbərlərinin İkinci Beynəlxalq İclasında iştirak etmişdir
Azərbaycan Respublikasının Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti M. Musayev 20 aprel 2011-ci il tarixdə Moskva şəhərində Rusiya Biznes Həftəsi çərçivəsində Ritz Karlton otelində keçirilən Sahibkarların və İşəgötürənlərin Milli Assosiasiya və Konfederasiyaları rəhbərlərinin İkinci Beynəlxalq İclasında iştirak etmişdir.
İclasda 2010-cu ildə keçirilən birinci iclasın qərarlarının yerinə yetirilməsi, İşəgötürən Birliklərinin Beynəlxalq Koordinasiya Şurasının həmsədrləri və 2010-2011-ci illər üçün İşəgötürənlərin Milli Konfederasiya və assosiasiyalarının fəaliyyəti barədə məsələlər müzakirələr edilmişdir.
Aprelin 21-də isə M. Musayev Rusiya Sənayeçiləri və İşəgötürənlər Birliyinin Qurultayında iştirak etmişdir. Qurultaydan əvvəl cənab M. Musayev Sənayeçilər və Sahibkarın Beynəlxalq Konqresinin prezidenti cənab V.K. Qluxix ilə görüş keçirmişdir. Onuda bildirmək istəyirik ki, 2011-ci ilin oktyabr ayında Azərbaycanın, Qara dəniz- Xəzər dənizi və digər regionların işgüzar dairələri üçün maraq doğuran beynəlxalq biznes forumun və Konqresin iclasının Bakı şəhərində keçirilməsi barədə də danışıqlar aparmışdılar. Həmin bu görüşdə tədbirlərin keçirilməsi barədə təşkilatı məsələlər müzakirə edilmişdir. |
|
Türkiyədə Azərbaycan İş adamları Birliyi yaradılıb
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) bildirir ki, 15 aprel 2011-ci il tarixdə Türkiyənin Ankara şəhərində Türkiyə-Azərbaycan Biznes forumu keçirilmişdir. Forumda Azərbaycanın nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti M. Musayev də iştirak etmişdi. Tədbir zamanı ASK-a ilə Türkiyənin Ticarət Palataları və Birjalar Birliyi arasında əməkdaşlıq protokolu imzalanmışdır.
Biznes forumdan bir gün əvvəl Türkiyədəki Azərbaycan İş adamları Birliyinin Təsis İclası keçirilmişdir. Bu tədbirdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri cənab Şahin Mustafayev, Azərbaycan Respublikasının Türkiyədəki Səfiri cənab Faiq Bağırov, ASK-nın prezidenti Məmməd Musayev və Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları iştirak edirdi. Təsis iclasında birliyin nizamnaməsi və strukturunun təqdimatından sonra onun tərkibi və idarə heyətinin sədri müəyyənləşdi. Nazir Şahin Mustafayev tədbirdə çıxış edərək, belə birliyin yaradılmasını əlamətdar hadisə adlandırdı və Azərbaycan hökuməti tərəfindən bu birliyin fəaliyyətinə dəstək göstəriləcəyini vurğuladı. |
|
Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlığı gücləndirir
12-aprel 2011-ci il tarixdə Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İordaniya Sahibkarlığın İnkişafı Cəmiyyətinin (JEDCO) təşkilatçılığı ilə Azərbaycan və İordaniya iş adamları arasında işgüzar görüş keçirilmişdir.
Forumda Azərbaycan və İordaniya tərəfdən rəsmi şəxslərlə yanaşı, 50-yə yaxın sahibkar iştirak etmişdir.
İşgüzar görüş çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İordaniya Ticarət Palatasının birinci vitse-prezidenti İssa.H.Murad və İordaniya Sənaye Palatasının sədri Dr.Hatəm Halauani təmsil etdikləri təşkilatlar adından əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamışlar.
Memorandumun məqsədi Tərəflər arasında iqtisadi fəaliyyət subyektlərinin iqtisadi əlaqələr qurması üçün lazımi infrastrukturun inkişaf etdirilməsinə dəstək vermək, faydalı iqtisadi, maliyyə, ticarət və elmi-texniki əlaqələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsindən ibarətdir.
Tədbir iş adamları arasında mövcud iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etmişdir. |
|
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Turizm Assosiasiyası (AzTA) arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
Əsas məqsəd sahibkarlığın inkişafı və turizm sahəsində biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın və turizm sektorunun inkişaf etdirilməsi, problemlərin aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması, turizm təşkilatlarının və mehmanxanaların potensial imkanlarının gücləndirilməsi, turistlərin maraqlarının müdafiə edilməsi və üzv təşkilatların dinamik inkişafına effektiv yardım göstərilməkdir.
Saziş dövlət və qeyri-dövlət qurumlarının turizm şirkətləri və obyektlərinin hüquqlarının müdafiəsi, hüquqi, iqtisadi və maliyyə informasiyasının yığılması, ölkədə turizmin inkişafı üzrə proqram və layihələrin hazırlanması, birgə treninqlərin keçirilməsinə, habelə Azərbaycan sahibkarlarının xaricdə biznes-forum, konfrans və seminarlarda iştirakına yardım göstərəcəkdir.
|
|
Azərbaycan Sahibkarlar Konfederasiyası və Hindistanın Ticarət və Sənaye Palataları Federasiyaları arasında əməkdaşlıq sazişi imzalanıb
Hindistanın Ticarət və Sənaye Palataları Federasiyaları, bu ölkənin Azərbaycandakı səfirliyi və Azərbaycanın Sahibkarlar Konfederasiyasının (ASK) təşkil etdiyi tədbirdə Hindistandan 20-dək iş adamı iştirak etmişdir.
Hindistanın nümayəndə heyətinin tərkibində əczaçılıq, səhiyyə və bitki məhsulları, kənd təsərrüfatı və emal olunmuş ərzaq məhsulları, toxuculuq, geyim və iplik məmulatı, inşaat materialları istehsalı və kimyəvi məhsullar sahələrində çalışan iş adamları iştirak edirdilər.
Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Debnat Şou Azərbaycanın təbii sərvətlərinin Hindistanın da marağını cəlb etdiyini bildirərək, ölkəsinin iş adamlarının qeyri-neft sektoru ilə əməkdaşlıq etmək istədiyini qeyd etmişdir.
ASK prezidenti Məmməd Musayev son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsinin 6 dəfə artaraq 2005-ci ildəki 56 mln .dollardan 2010-cu ildə 335 mln. dollara çatdığını bildirmişdir.
Hindistan nümayəndə heyətinin rəhbəri, Hindistan Ticarət və Sənaye Palataları Federasiyaları İdarə Heyətinin sədr müavini Şeyla Sudakaran Hindistan iqtisadiyyatının sürətlə inkişaf etdiyini (2010-cu ildə ÜDM-in artımı 8,6% olub), yerli şirkətlərin isə fəaliyyətlərini başqa ölkələrdə genişləndirdiyini söyləmişdir.
Ş.Sudakaran bildirmişdir ki, təmsil etdiyi təşkilatın 250 min nəfər üzvü var. Hindistan iş adamları Azərbaycanda kənd təsərrüfatı, informasiya texnologiyaları, telekommunikasiya, bank sektoru və əczaçılıq sahələrinə maraq göstərirlər.
Tədbir çərçivəsində hər iki ölkənin sahibkarlıq qurumları - Azərbaycanın Sahibkarlar Konfederasiyası və Hindistanın Ticarət və Sənaye Palataları Federasiyaları arasında əməkdaşlıq barədə saziş imzalanmış sahibkarlar arasında iki tərəfli görüşlər keçirilmişdir.
|
|
Azərbaycanın iş adamları Almaniyanın Köln şəhərində Beynəlxalq sərgidə iştirak edirlər
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) üzvü olan bir qrup iş adamı 06 – 08 aprel 2011-ci il tarixləri arasında Köln şəhərində keçirilən istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2011” Sərgisində iştirak etmək üçün 5 apreldə Almaniyaya yola düşüblər.
Səfərin əsas məqsədi sahibkarlığın inkişafı, yeni texnologiyaların Azərbaycanın iş adamları üçün öyrənilməsi və tətbiqi, Almaniyanın ixrac texnikası, avadanlıqları və bu istiqamətdə fəaliyyət göstərən şirkətlərlə tanışlıq, ticarət əlaqələrinin genişləndirilməsindən ibarətdir.
Yarmarkada bütün sahələri əhatə edəcək işlənmiş texnika və avadanlıqlar nümayiş olunacaqdır. Azərbaycan sahibkarları belə yarmarkalardan yararlanmaq istəyirlər.
Qeyd edək ki, 16 uğurlu “Resale” ticarət yarmarkalarından sonra, USETEC, RESALE-ın davamçısı olmaqla ən böyük istifadə olunmuş maşın və avadanlıqların ticarət yarmarkasıdır. 2011-ci ildən etibarən bu yarmarka hər il Köln şəhərində keçiriləcəkdir.
.
|
|
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə ÇXR-nın səfirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
15 fevral 2011-ci il tarixdə ASK-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti cənab Məmməd Musayevlə Çin Xalq Respublikasının səfiri cənab Can Yanyan arasında işgüzar görüş keçirilmişdir.
Görüşü ASK-nın Prezidenti cənab Məmməd Musayev açaraq qısaca olaraq ASK-nın fəaliyyəti barədə məlumat vermişdir.
Cənab səfir Can Yanyan ASK-nın fəaliyyətinə böyük önəm verdiyini qeyd edərək, iki ölkənin biznes adamları arasında qarşılıqlı əlaqələrin yaradılmasında ASK-nın rolunu xüsusi vurğulamışdır. Bu əlaqələrin daha da genişlənməsində belə görüşlərin mütəmadi keçirilməsinin vacib olduğunu bildirmişdir.
Cənab Musayev Azərbaycan iqtisadiyyatında qeyri-neft sahəsinin xüsusi çəkisinin ilbəil artdığını vurğulamışdır. O bu sahənin müxtəlif sektorları üzrə əməkdaşlıq imkanlarının mümkünlüyü barədə danışmışdır. Çin investorlarının və biznes partnyorlarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi üçün ÇXR-dəki müvafiq təşkilatlar ilə əməkdaşlıq sazişlərinin imzalanmasında dəstək olmalarını irəli sürmüşdür.
Sonda tərəflər Azərbaycan-Çin əməkdaşlıq əlaqələrinin qurulması üçün müntəzəm görüşlərin keçirilməsi razılığına gəldilər.
|
|
ASK-da İcbari sığorta qanununun tətbiqi ilə bağlı sahibkarlar üçün konfrans keçirilmişdir
Fevralın 2-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunun tətbiqi ilə bağlı sahibkarlar üçün konfrans keçirmişlər.
Xidmətin rəisi Namiq Xəlilov "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunun tətbiqi ilə bağlı ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu tədbir maarifləndirmə xarakteri daşıyır. Əsas məqsəd sahibkarlar tərəfindən qanunun müddəalarının daha yaxşı başa düşülməsi, eyni zamanda, bu qanunun tətbiqi ilə bağlı sahibkarlar üçün qaranlıq qalan məsələlərə aydınlıq gətirməkdir. Bu qanun 2010-cu il iyul ayında qüvvəyə minmişdir və əmək müqaviləsi, yaxud mülki hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslərin iş yerində öz peşə əmək qabiliyyətini itirməsi nəticəsində dəyən zərərə görə kompensasiyanın verilməsini nəzərdə tutur. İstehsalat prosesində hər kəs bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öz həyatını və sağlamlığını itirə bilər. Elə bu zaman onun özünün və ya ailə üzvlərinin digər şəxslərə möhtac qalmaması üçün itirdiyi qazanc sığorta şirkəti tərəfindən ödəniləcəkdir.
Qeyd olunan qanun işçilərlə yanaşı, işəgötürənlərin də maraqlarına xidmət edir. Belə ki, bu qanun qəbul olunanadək istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində işçi öz peşə əmək qabiliyyətini itirərdisə, bu halda ona dəyən zərəri işəgötürən öz hesabına ödəməyə borclu idi. Bu qanunun qəbulundan sonra isə işəgötürən işçiyə verəcəyi kompensasiyadan azad edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi (DƏM) rəisinin müavini Məhərrəm Məhərov bildirmişdir ki, bu qanunun tətbiqi ilə əlaqədar DƏM bu ilin fevral ayından başlayaraq bütün müəssisə və təşkilatlarda işçilərin icbari sığortalanması ilə bağlı yoxlamalara başlamışdır. Burada əsas məqsəd işçilərin icbari sığortalanması üzrə müəssisə rəhbərlərini məlumatlandırmaq və maarifləndirmə işlərini aparmaqdır. Fevral ayı ərzində öz işçisini bu sığorta növü üzrə sığortalamayan müəssisə və təşkilatlara hələlik cərimə tətbiq olunmayacaqdır. Çünki elə müəssisə və təşkilatlar var ki, bu qanunla bağlı ətraflı məlumatlandırılmamışdır. Respublikada fəaliyyət göstərən bütün idarə və müəssisələrdə çalışanların hamısı bədbəxt hadisələrdən və peşə xəstəliklərindən, əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunmalıdır. Qanun Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatlara şamil olunur. Eyni zamanda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də işçilərini sığorta etdirməlidirlər.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılmış, sahibkarları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
|
|
|
|
|