|
ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.
|
|
13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.
|
|
5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.
|
|
15-18 noyabr 2011-ci il tarixlərində İstanbulda “EXPONFV 2011 – 5-ci Beynəlxalq Çərəz (qoz-fındıq), Meyvə-tərəvəz və onların Saxlanma Texnologiyaları” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.
|
|
Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.
|
|
Bildiririk ki, 6-7-8 sentyabr 2011-ci il tarixlərdə “Baku Expo Mərkəzində” (Suraxanı r-nu, aeroport dairəsi) “Bakı Türk İxracat Məhsulları Sərgisi ” keçiriləcəkdir.
|
|
Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.
|
|
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.
|
|
Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.
|
|
2011-ci ildə Türkiyənin Hatay və Qaziantep şəhərlərində əkinçilik, qida və kənd təsərrüfatı texnikası və avadanlığı sahələrini əhatə edən səfər təşkil olunacaq.
|
|
3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.
|
|
16 – 19 may 2011-ci il tarixləri arasında İstanbulda “EVTEKS – 17-ci İstanbul Ev TekstiliSərgisi” keçiriləcəkdir.
|
|
“İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...
|
|
Sahibkarların nəzərinə !
Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.
|
|
Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.
|
|
Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.
|
|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
ASK-nın Lerik rayon nümayəndəliyinin rəhbəri
Etibar Fərziyev
Lerik rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1200-ə yaxın sahibkarlıq subyektinin 250-si ASK-nın üzvüdür. Onların əksəriyyətini fermer təsərrüfatları təşkil edir.
Son illərdə sahibkarlığın sürətlə inkişaf etdiyi bir sahə də turizmdir. Rayonumuzda turizmin inkiçafına çox böyük diqqət yetirilir. Lerik rayonunun ən səfalı yerlərində “Təbəssüm”, “Relaks”, “Meşəbəyi”, “Xəyal”, “İstanbul”, “Araz” və s. kimi yeni sahibkarlıq obyektləri-ailəvi istirahət və əyləncə mərkəzləri yaradılmışdır. Burada istirahət edənlərin arasında yerli və xarici qonaqların sayı getdikcə artmaqdadır.
Lakin sahibkarlığın inkişafı yolunda çətinliklər də az deyil. Əksər iş adamları su çatışmazlığı sarıdan korluq çəkirlər. Güzəştli kreditlərin alınmasında məmur süründürməçiliyi onların işinə əngəl yaradır.
Heyvandarlıqla məşğul olan fermerlərimizin də bir sıra problemləri var. Mal-qara yaylağa və qışlağa aparılan zaman bir hissəsi yollarda vəhşi heyvanların hücumuna məruz qalır, yol qəzalarının qurbanı olur və ya yollarda oğurlanır. Bunun qarşısını almaq üçün, keçmişdə olduğu kimi mal-qara sürüsünün yol polis əməkdaşları tərəfindən müşayiət olunması təcrübəsini yenidən tətbiq etmək məqsədəuyğun olardı.
Sahibkarlarımızın, həmçinin, aqroservis xidmətlərinə, kənd təsərrüfatı məhsullarının saxlanma anbarlarına çox böyük ehtiyacı vardır.
Qeyd edək ki, ASK-nın Lerik rayon nümayəndəliyi rayonda sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarının maraqlarının təmsil və müdafiə edilməsi, onlara mane olan əngəllərin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir.
Biz həmçinin bir sıra sosial yönümlü layihələrin icrasında fəal iştirak edirik. Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində ASK tərəfindən həyata keçirilən .”Məhsuldarlıq və rəqabətədavamlılıq”, “ Kənd təsərrüfatında zərərli uşaq əməyinin ləğv olunması” layihələrinə qoşulmuşuq. Layihələr çərçivəsində rayonumuzda təşkil edilən maarifləndirici tədbirlərin, o cümlədən dəyirmi masalar, seminar və treninqlərin təşkil edilməsinə dəstək vermişik və yerli sahibkarların iştirakını təmin etmişik.
Nümayəndəlik vasitəsilə həmçinin sahibkarların hüquqi maarifləndirilməsi həyat keçirilir. Rayon sahibkarları ASK-nın təşkilatçılığı ilə həm ölkə daxilində, həm də xarici ölkələrdə keçirilən sərgilərdə iştirak edirlər. Bu da onlara biznes təcrübəsini artırmağa və yeni işgüzar əlaqələr qurmağa yardım edir.
Bütün bu tədbirləri həyat keçirilməsi ilə ASK-nın Lerik rayon nümayəndəliyi rayonda sahibkarlıq fəaliyyətinin inkişafına köməklik göstərir.
|
|
|
|
|