azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Tərəfdaşlıq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Mətanət A təbrik
          ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.


13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.



           5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.


15-18 noyabr 2011-ci il tarixlərində İstanbulda “EXPONFV 2011 – 5-ci Beynəlxalq Çərəz (qoz-fındıq), Meyvə-tərəvəz və onların Saxlanma Texnologiyaları” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.


          Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.


Bildiririk ki, 6-7-8 sentyabr 2011-ci il tarixlərdə “Baku Expo Mərkəzində” (Suraxanı r-nu, aeroport dairəsi) “Bakı Türk İxracat Məhsulları Sərgisi ” keçiriləcəkdir.


Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.      
  
 


Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.



          Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.


          2011-ci ildə Türkiyənin Hatay və Qaziantep şəhərlərində əkinçilik, qida və kənd təsərrüfatı texnikası və avadanlığı sahələrini əhatə edən səfər təşkil olunacaq.


           3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.


16 – 19 may 2011-ci il tarixləri arasında İstanbulda “EVTEKS – 17-ci İstanbul Ev TekstiliSərgisi”  keçiriləcəkdir.


           “İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...


Sahibkarların nəzərinə !

        Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.


       Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.


          Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.


            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 
Elxan Bəşirov “Mətanət A” şirkətinin prezidenti

     Uğurlu milli biznes nümunəsi kimi Sement və gips əsaslı qarışıqların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkəti bu sahədə fəaliyyət göstərən şirkətlər arasında aparıcı yerlərdən birini tutur. 2000-ci ildə yaradılmış şirkət innovativ texnologiyalar, müasir bazar-marketinq təcrübəsi və dövlətin sahibkarlara göstərdiyi dəsdək sayəsində böyük uğurlara nail olmuşdur. Doqquz illik fəaliyyəti dövründə yüksək nəticələr əldə etmək məqsədilə bütün gücünü sərf edərək qarşıya qoyduğu hədəflərə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar artıq ölkəmizdə və onun hüdudlarından kənarda istehlakçıların rəğbətini qazanaraq şirkəti öz sektorunun liderinə çevirmişdir.  
      Biz ilk dəfə olaraq Azərbaycana Yapışdırıcıların, İnşaat gipslərinin, Perlitli suvaq və qarışıqların texniki şərtlərini gətirmiş və onların  istehsalına başlamışıq.
      Fəaliyyətindən qısa bir müddət sonra “Mətanət A” markası sektorun ən güclü markasına çevrilmiş, toz məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001-2000 “Keyfiyyətin İdarə Olunması” beynəlxalq standartını almışdır. Bundan başqa digər beynəlxalq və milli təşkilatlar tərəfindən beynəlxalq keyfiyyət mükafatları (“Century International Quality Era Award”, “Award Global Quality Management”, “Gold Star International Award for Quality”, “New Millennium Award”, “İntellekt mükafatı”, “İnşaat materiallarının istehsalı üzrə İlin Lider şirkəti” və s. mükafatlar) ilə təltif olunmuşdur.
    Hal - hazırda şirkət 3 sistemdə - inşaat, zəmin və qatqı sistemlərındə, 19 mal qrupunda fəaliyyət göstərməklə 50-yə yaxın ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.
   Güclü texniki bazaya malik olan “Mətanət A” şirkəti məhsul çeşidlərini artırmaq, istehsal etdiyi məhsulların keyfiyyətini və mükəmməlliyini qorumaq üçün texniki bazasını daha da möhməkləndirmişdir. Belə ki, fəaliyyətinin ilkin dövrlərində keramika yapışdırıcıları, aralıq doldurma qarışıqları, gips əsaslı məhsullar və s. istehsal edən şirkət tədricən texniki bazanın gücləndirilməsi nəticəsində yeni-yeni zavodlar inşa etmişdir. Hal-hazırda Azərbaycanda ilk dəfə olaraq Rokol texnlogiyası əsasında fəaliyyət göstərən “Keramika Yapışdırıcıları Zavodu” sement əsaslı məhsullar, 2004-cü ildə əsası qoyulan, Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ Müasir Gips Zavodu” gips əsaslı məhsullar, “Beton Qatqıları Zavodu” isə beton qatqıları, üyütməyə yardımçı məhsullar və bu kimi digər məhsulların istehsalını həyata keçirir. Öz texniki bazasını daim mükəmməlləşdirməyə, genişləndirməyə çalışan “Mətanət A” şirkəti gələcək planlarında texniki bazasının daha da gücləndirilməsinə dair prespektivli məsələləri diqqət mərkəzində saxlamışdır.
      Şirkət təkcə istehsalı genişləndirməklə kifayətlənmir, həm də yeni iş yerlərinin yaradılmasına xidmət edir.
    Müştəri məmnuniyyəti prinsipini əsas korporativ dəyər kimi qiymətləndirən “Mətanət A” şirkəti müştərilərə layiqli xidmət göstərmək üçün əlindən gələni əsirgəmir. Müştərilərin rəğbət və etimadını qazanmaq, mütəmadi olaraq onlarla birgə çalışmaq, onlara yüksək səviyyəli xidmətlər təklif etmək şirkətin əsas prinsiplərindəndir. Müştərilərə həm çeşid zənginliyi, həm də rahatlıq və keyfiyyət baxımından tam xidmət göstərmək, daima yeni ideyaların ortaya qoyulması, ölkəmizin inşaat bazarının gücləndirilməsi üçün müəyyən təsir prinsiplərini əsas tutan “Mətanət A” şirkəti hər zaman öz yenilik axtarışlarına əsaslanır. Belə ki, “Mətanət A” şirkəti Gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan «AĞDAĞ» zavodunun əsasını qoymuş, Alman texnologiyasına əsaslanan, rəqəmli texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək  «AĞDAĞ» məhsulunun istehsaslına başlamışdır.
      Yenicə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin göstəricisidir. Yüksək profesionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın artımı sahəsində öz töhfəsini verən istehsal sahələri sırasına aid edilə bilər.
Qarşıda duran prespektiv planlar MDB ölkələrində yeni istehsal zavodlarının tikintisi, ölkəmizdə kalsium karbonat zavodunun inşa edilməsi, həmişə olduğu kimi inşaat sektorununən son know-how və yeniliklərini ilk dəfə olaraq ölkəmizə gətirmək, xarici bazarlara doğru genişlənmək və inkişafda olan iqtisadiyyatımıza yeni töhvələr verməkdən ibarətdir.
      Bunu da qeyd etmək istərdik ki, artıq “Mətanət A” markası altında istehsal edilən məhsullar Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac olunur.
Şirkət müntəzəm olaraq öz məhsullarını mötəbər beynəlxalq sərgilərdə nümayiş etdirir və ixracat imkanlarını genişləndirir.
    “Mətanət A “ şirkəti ASK-nın üzvü olmaqla iqtisadi-sosial yönümlü fəaliyyətlərdə təşkilatla sıx əməkdaşlıq edir. Belə ki, şirkətin rəhbəri  Abşeron Sahibkarlar Assosiasiyasının sədri kimi Abşeron rayonunda çoxsaylı sosial tədbirlərin reallaşması üçün təşəbbüs və fəaliyyət göstərməklə digər sahibkarların da belə işlərə cəlb edilməsini təmin edir.       
         Bu gün biz hamımız vahid məqsəd və eyni amal uğrunda-milli iqtisadiyyatımızın artımına müəyyən bir təsir göstərmək üçün təşəbbüs göstərir və əməyimizin nəticəsi olaraq bundan sonra da daim artmaq, yüksək hədəflərə doğru irələliləmək və daha da güclü bir şirkətə çevrilmək niyyətindəyik. Daim ilklərə imza atmaq, daim lider olmaq bizim əsas prinsipimizdir.
 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

             
             
            

            

            

            






 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər