azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Tərəfdaşlıq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: QMB təklif
          ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.


13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.



           5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.


15-18 noyabr 2011-ci il tarixlərində İstanbulda “EXPONFV 2011 – 5-ci Beynəlxalq Çərəz (qoz-fındıq), Meyvə-tərəvəz və onların Saxlanma Texnologiyaları” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.


          Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.


Bildiririk ki, 6-7-8 sentyabr 2011-ci il tarixlərdə “Baku Expo Mərkəzində” (Suraxanı r-nu, aeroport dairəsi) “Bakı Türk İxracat Məhsulları Sərgisi ” keçiriləcəkdir.


Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.      
  
 


Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.



          Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.


          2011-ci ildə Türkiyənin Hatay və Qaziantep şəhərlərində əkinçilik, qida və kənd təsərrüfatı texnikası və avadanlığı sahələrini əhatə edən səfər təşkil olunacaq.


           3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.


16 – 19 may 2011-ci il tarixləri arasında İstanbulda “EVTEKS – 17-ci İstanbul Ev TekstiliSərgisi”  keçiriləcəkdir.


           “İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...


Sahibkarların nəzərinə !

        Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.


       Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.


          Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.


            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 

ASK Qlobal maliyyə böhranının Respublika sahibkarliq mühitinə təsirinin minimuma endirilməsi ilə bağlı hökümətə təkliflər paketi təqdim etmişdir 

1.1. Bank sektoru

1.1.1. İlk növbədə QMB təsiri maliyyə sektorunda hiss olunmuşdur. 2 mlrd. ABŞ dollarından artıq xarici borclar cəlb etmiş banklar, bu maliyyə mənbələrindən məhrum olmuşlar.

1.1.2. Daxili mənbələrdən vətəndaşlardan depozit cəlb etmək üçün depozit faizləri qalxmış və nəticədə kredit faizlərinin məzənnəsi yüksəlmişdir.

1.1.3. QMB-nin bilavasitə təsiri ilə ipoteka kreditləşdirilməsi dayandırılmışdır.

1.1.4. İstehlak kreditlərinin verilməsinin dayandırıldığından və alıcılıq qabiliyyətinin aşağı düşdüyündən daxili ticarət dövriyyəsində əhəmiyyətli paya malik olan avtomobillərin, məişət elektronikası və elektrotexniki malların, mebelin və s. məhsulların satış həcmləri kəskin azalmışdır.

1.2. Tikinti sektoru

1.2.1. Sürətlə inkişaf edən inşaat sektoru bu cəhətən zərər çəkmiş ikinci böyük sektor olmuşdur. Belə ki, maliyyə mənbələrinin azalması və istehlakşıların alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən əksər tikinti işləri dondurulmuşdur. Hal- hazırda ayda 30-40 əvəzinə 3-4 yeni binanın təməli qoyulur, çoxlu sayda işçı ödənişsiz məzuniyyətə göndərilir. Ölkədə məşğulluğun təmin edilməsində aparıcı payı olan tikinti sektorunda işlərin həcminin aşağı düşməsi əmək bazarında işsizlərin sayının kəskin artması ilə nəticələnə bilər.

1.3. Kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektoru

      Ölkədə məşğulluğun 71%-i özəl sektorun payına düşür. Kənd təsərrüfatının özəl sektorda payının 30% və ÜDM –də payının 7-8% təşkil etdiyindən bu sahə QMB –nin təsirinə ən həssas sahədir. Xüsusilə quşçuluq sahəsinin ölkənin qida məhsulları ilə təminatında və qida təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolu vardır. Maliyyə böhranı idxal olunan damazlıq quşların, yumurtaların, yemlərin gətirilməsində problemlər yaratmış, yerli quşçuluq təsərrüfatlarının fəaliyyətinə ciddi ziyan vurmuşdur.

1.4. Nəqliyyat sektoru

QMB-nin birbaşa təsirinə məruz qalmış sektor, beynəlxalq avtomobil yük daşımaları sektorudur. İxrac əməliyyatlarının və ölkədaxili əməliyyatların həcminin azalması yerli avtomobil yükdaşımaları sektoruna daha ağır təsir etmişdir. Azərbaycandan ixrac olunan məhsulların az olması, nəqliyyat xidmətləri bazarının qanunvericiliklə kifatyət qədər qorunmaması, xarici ölkələrin avtomobil yük daşıyıcılarına  dempinq qiymətləri tətbiq etməyə şərait yaradır. Bu da yerli avtomobil yük daşıyıcılarının vəziyyətinə mənfi təsir göstərir. Respublikada beynəlxalq avtomobil yükdaşımaları ilə məşğul olan 650 nəqliyyat vasitəsi vardır. Bunlardan 4%-i Euro-4, 16%-i Euro-3 standartlarının tələblərinə cavab verir, qalan 80%-i isə heç bir beynəlxalq ekoloji təhlükəsizlik standartlarına uyğun deyildir. 2008-ci ildən etibarən Avropa məkanında tətbiq olunmuş, 2010-cu ildən isə MDB məkanında tətbiq olunacaq yeni standartlar ölkəmizin beynəlxalq avtomobil yük daşıyıcılarını Avropa və MDB ölkələrinə buraxılmamamq təhlükəsi ilə üz –üzə qoymuş olur.

1.5. Ticarət sektoru

1.5.1. Topdansatış və pərakəndə ticarət ilə, xüsusilə inşaat materialları, geyim, kosmetik mallar və s. ticarəti ilə məşğul olan sahibkarların keçmiş dövrdə aldıqları və müvafiq olaraq vergi ödədikləri məhsullar qiymətlərin aşağı düşməsi səbəbindən anbarlarda qalməş və onların gələcəkdə müflisləşməsi istisna deyil.

1.6. Əmək bazarı

1.6.1. Keçmişdə işləmək üçün xarici ölkələrə getmiş əmək miqrantlarının QMB nəticəsində iş yerlərini itirərək öz vətənlərinə geri qayıtmaqları real olaraq mümkündür. Bu da əmək bazarında işsizliyin artmasına səbəb ola bilər.

2. QMB-nın iqtisadiyyatın sektorlarına təsirini və fəsadlarının minimuma endirmək üçün təkliflər.

2.1. Bank sektoru

-             Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının xarici banklarda yerləşdidilmiş maliyyə vəsaitlərinin yerli bankların likvidliyini artırmaq məqsədilə yerli bankların hesablarında depozit şəklində yerləşdirilməsi haqqında tövsiyyəsi həyata keçirilsin

-           2 mlrd. ABŞ dolları həcmində xarici kredit vəsaiti cəlb etmiş yerli kommersiya banklarına ekvivalent həcmdə birbaşa maliyyə dəstəyi verilsin

-           Mərkəzi Bankın uçot dərəcəsi 0%-ə endirilsin.

2.2. Tikinti sektoru

-           Tikinti sahəsində dövlət sifarişlərinin yerləşdirilməsində yerli tikinti şirkətlərinə üstünlük verilsin

-           İpoteka kreditlərinin verilməsi bərpa edilsin.

2.3. Kənd təsərrüfatı sektoru

-           Kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, saxlanması, qablaşdırılması, pərakəndə və topdan satışı ilə məşğul olan sahibkarlıq subyektlərini kənd təsərrüfatı məhsulları istehsalçıları ilə eyniləşdirərək onlara tətbiq edilən güzəştlərin eyni dərəcədə hamısına şamil edilsin

-           Digər kənd təsərrüfatı məhsulları istehsalçılarına taxıl istehsalçılarına verilmiş güzəştlərə analoji olaraq maliyyə dəstəyi (subsidiyalar) verilsin

-           Idxal olunan damazlıq quşların, quş yemlərinin, quşçuluq təsərrüfatlarının texnoloji avadanlıqlarına 0% ƏDV dərəcəsi tətbiq edilsin

-           Kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlər bu sahənin mövsümi xüsusiyyətlərini nəzərə alınmaqla vaxtında və əngəlsiz verilsin

-           Kənd təsərrüfatı məhsullarının istehsalşılarına kənd təsərrüfatı texnikasının və gübrələrin lizinqlə verilməsi qaydalarına yenidən baxılsın

-           Kənd təsərrüfatı məhsullarını emal edən müəssisələrə enerji daşıyıcıları 50% güzəştlə verilsin. Emal müəssisələrinə faktiki satılmış məhsulun həcminə mütənasib olaraq enerji daşıyıcılarının dəyərinin 50%-i məbləğində kompensasiya ödənilsin.

2.4. Nəqliyyat sektoru

-           Azərbaycandan kənd təsərrüfatı məhsullarının il boyu ixrac edilməsi məqsədilə respublika ərazisində loqistik mərkəzlərin şəbəkəsi inkişaf etdirilsin

-           Sərhəd-keçid məntəqələrində ilkin və təkrar çəki əməliyyatlarında yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının “Beynəlxalq çəki sertifikatına” qoşulması məsləsinə baxılsın

-           Azərbaycan Respublikası avtomobil daşımaları sahəsində bir sıra mühüm beynəlxalq saziş və konvensiyalara qoşulmuşdur. Lakin buna baxmayaraq respublikada bunların işləmə mexanizmləri hazırlanmamışdır. Məsələn, Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin ekipajlarının işinə aid Avropa Sazişi (AETR), Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımalar haqqında Avropa Sazişi (ADR), Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinini razılaşdırılması haqqında Beynəlxalq Konvensiya, Tez korlanan qida məhsullarının beynəlxalq daşınması və bu daşımalar üçün təyin olunmuş xüsusi nəqliyyat vasitələri haqqında Saziş və s.

-        Beynəlxalq avtomobil yükdaşımalarının keyfiyyətini artırmaq və nəqliyyat vasitələrinin Avropa standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görülsün.

3. KOS sektoruna dövlət dəstəyi vermək məqsədilə həyata keçirilməsi məqsədəuyğun hesab edilən tədbirlər.

3.1. Qeyri-neft sektorunda fəaliyyət göstərən orta və iri (işçilərin sayı 250-500 nəfər  və 500-dən yuxarı) müəssisələrin  siyahısı hazırlansın və bu müəssisələrə:

- Istehsalı təmin etmək üçün birbaşa maliyyə dəstəyi – kreditlər verilsin;

- Bu müəssisələrə iş yerlərini azaltmamaq məqsədi ilə sosial sığorta ayırmaları ödənilməsinə böhranın sonuna qədər tətil verilsin;

- Orta və iri müəssisələrdə sosial yönümlü bütün məsrəflər (qidalanma xərcləri, xüsusi geyim, sanatoriya – ambulator müalicə xərcləri  və s.) maya dəyərinə aid edilsin.

3.2. Kiçik müəssisələrə dəstək məqsədi ilə SKMF-na ayrılan büdcə vəsaitinin həcmi 1 mlrd. manata çatdırılsın və

- SKMF-nun vəsaitlərinin istifadə edilməsi qaydalarına yenidən baxılsın;

- Kreditlərin ayrılması mexanizmləri dəyişdirilsin, kreditlər birbaşa və ünvanlı

verilsin;

- Kreditlərin faiz məzənnəsi 7%-dən 0%-ə endirilsin;

- Kreditlərin ayrılması prosesinə ictimai nəzarəti və şəffavlığı artırmaq məqsədi

ilə sahibkarların ictimai birlikləri cəlb edilsin.

3.3. Sadələşdirilmiş vergi sisteminin tətbiq edilməsi meyarı - son rübdə ticarət dövriyyəsinin 22 500 manatı keçməmək şərti, dəyişdirilsin və bu göstərici 10-15 dəfə artırılsın. Sadələşdirilmiş vergi sistemində hesablaşma dövrü 1 il təyin edilsin. Hüquqi şəxslər üçün sadələşdirilmiş vergi sisteminə cəlb edilməsi üçün illik dövriyyənin həcmi 150 000 manat, fiziki şəxslər üçün 25 000 manat təyin edilsin.

3.3a. Post terminal vasitəsilə alver edən pərakəndə ticarət və ictimai iaşə obyektlərinə sadələşdirilmiş vergi dərəcəsi Bakı şəhəri üzrə- 2%, regionlar üzrə-1% təyin edilsin.

3.3b. Mənfəət vergisi 22%-dən 20%-ə endirilsin

3.3c  ƏDV 18%-dən 17%-ə endirilsin.

3.4. Sosial sığorta ayırmasının həcmi, işəgötürənlərdən tutulan hissəsi 22%-dən 14-15%-ə endirilsin. İşçilərdən tutulan sosial sığorta ayırmaları 7-8% qaldırılsın.

3.5. KOS subyektlərinə, xüsusilə sənətkarlıq, xalçaçılıq və s. verilmiş kreditlərin ödənilməsinə böhranın sonuna qədər möhlət verilsin

3.6. Yerli təkrar istehsalçıları dəstəkləmək və həvəsləndirmək məqsədi ilə təkrar məhsulların istehsalı və təkrar ixracı üçün xaricdən alınan xammala (komponentlərə) hesablanan ƏDV-nin ödənilməsinə tətil verilsin və ya ƏDV ödəməkdən tam azad edilsin.

3.7. Gömrük nəzarətində istehsala və ixraca icazə verilsin

3.8. Daxili istehsalı qorumaq üçün yerli istehsalçıları dövlətsatınalmaları tenderlərinə geniş surətdə cəlb edilsin.

3.9. Daxili bazarı qorumaq məqsədilə ölkədə istehsal olunmayan məhsullar istisna olmaqla, idxal edilən məhsulların gömrük rüsumları artırılsın

3.10. Yerli istehsalçıları fəaliyyətini davam etdirməsini təmin etmək üçün istehsal müəssisələrinə satılan enerji daşıyıcılarının qiyməti aşağı salınsın. Yerli istehsal müəssisələrinə faktiki satılmış məhsulun həcminə mütənasib olaraq enerji daşıyıcılarının dəyərinin 50%-i məbləğində kompensasiya ödənilsin.

3.11. Ölkənin qeyri-neft sektoruna xarici sərmayə cəlb edən şirkətlərə ƏDV və mənfəət vergisinin ödənilməsində tətil verilsin.

3.11a Xarici banklardan kredit almış müəssisələrə kredit geri qaytarıldıqda ödənilən 10%-lik rüsumun dərəcəsi 1%-ə endirilsin.

3.11b  Müəssisələrin verdikləri dividendlərdən tutulan vergi 1%-ə endirilsin

3.12. Xarici investorlara (məsələn, infrastruktur layihələrinə, beynəlxalq daşımalara, turizm sahəsinə, neft-mədən avadanlıqlarının yeniləşməsi üşün texnoloji layihələri və s. şikətlərə) güzəştlər verilsin. (İİN baxılmaq üçün konkret layihələr təqdim edildikdə baxıla bilər).

3.13. Tikinti sektorunda yanaşı xərclərin, o çümlədən sənədləşdirmə, vergi və s. minimuma endirilsin.

3.14. Sahibkarlıq mühitinin daha da əlverişli olması, QMB-nın təsirlərini və fəsadlarının minimuma endirilməsi üçün Rəqabət Məcəlləsinin, Sahibkarlığın İnkişafı Dövlət Proqramının qəbul edilməsi prosesi sürətləndirilsin.

3.14a “Bir pəncərə” qeydiyyat sistemində mütəmadi olaraq ictimai monitorinqlər keçirilsin və Vergilər Nazirliyinə hesabat təqdim edilsin
 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

             
             
            

            

            

            






 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər