azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Tərəfdaşlıq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Ucar təbrik
          ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.


13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.



           5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.


15-18 noyabr 2011-ci il tarixlərində İstanbulda “EXPONFV 2011 – 5-ci Beynəlxalq Çərəz (qoz-fındıq), Meyvə-tərəvəz və onların Saxlanma Texnologiyaları” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.


          Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.


Bildiririk ki, 6-7-8 sentyabr 2011-ci il tarixlərdə “Baku Expo Mərkəzində” (Suraxanı r-nu, aeroport dairəsi) “Bakı Türk İxracat Məhsulları Sərgisi ” keçiriləcəkdir.


Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.      
  
 


Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.



          Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.


          2011-ci ildə Türkiyənin Hatay və Qaziantep şəhərlərində əkinçilik, qida və kənd təsərrüfatı texnikası və avadanlığı sahələrini əhatə edən səfər təşkil olunacaq.


           3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.


16 – 19 may 2011-ci il tarixləri arasında İstanbulda “EVTEKS – 17-ci İstanbul Ev TekstiliSərgisi”  keçiriləcəkdir.


           “İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...


Sahibkarların nəzərinə !

        Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.


       Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.


          Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.


            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 
ASK-nın Ucar rayon nümayəndəliyinin rəhbəri
Şiralı Doluxanov

 
     Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlığın inkişafı istiqamətində getdikcə öz fəaliyyətini genişləndirir, Azrəbaycanın daha geniş ərazilərini əhatə etməklə bölgələrdə öz  yeni nümayəndəliklərini yaradır. ASK-nın yeni yaradılmış nümayəndəliklərindən biri də Ucar rayon nümayəndəliyidir. 2008-ci ildə fəaliyyətə başlamış nümayəndəlik hazırda öz üzvlərinin sayını artırmaqdadır.  
        Ötən il Ucar rayonunun sosial-iqtisadi həyatında müsbət dəyişikliklər ili olmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusilə heyvandarlıq inkişaf etmiş, damazlıq təsərrüfatlar yaradılmış, quş əti istehsalına başlanılmışdır. Konserv məhsullarının istehsalı məqsədilə konserv zavodunun tikintisi aparılır. Tikinti materilları istehsalı inkişaf etməkdədir. Sosial infrastruktur sahəsində, xüsusilə məktəb binalarının tikintisi, bərpası və yenidən qurulması istiqamətində böyük işlər görülmüşdür.
       Rayonumuzun yüksəlişi ilə bağlı bütün bu müsbət məqamların fonunda  sahibkarlığın inkişafını xüsusi qeyd etmək lazımdır. Belə ki, sahibkarlıq fəaliyyətinin güclənməsi həm də əhalinin məşğulluğunun təminatı və maddi rifah halının yaxşılaşması deməkdir. Odur ki, sahibkarlara hərtərəfli dəstək verilməsi çox mühümdür. Bunu nəzərə alaraq ASK-nın Ucar rayon nümayəndəliyi sahibkarların maraqlarını təmsil etməklə yanaşı, həm də hüquqi mənafelərinin qorunması istiqamətində fəaliyyət göstərir. Yarandığı gündən etibarən nümayəndəlik ayrı-ayrı sahibkarların məhkəmə qaydasında müdafiəsinə qalxmış, onların pozulmuş hüquqlarının bərpasına nail olmuşdur.
      Nümayəndəliyimizin daha bir mühüm fəaliyyəti sahibkarların maarifləndirilməsi ilə bağlıdır. Azərbaycan hökumətinin sosial-iqtisadi siyasətinə uyğun olaraq iş adamlarının qanun çərçivəsində fəaliyyət göstərməsi, milli və beynəlxalq əmək normalarına riayət etməsi zərurət kəsb edir. Biz sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə, kəndli-fermer təsərrüfatlarının başçıları ilə çoxsaylı görüş və yığıncaqlar keçirir, onları əmək qanunvericiliyi və beynəlxalq əmək standartları, o cümlədən əməyin texniki təhlükəsizliyi, əmək haqqının ödənilməsi qaydaları barədə məlumatlandırırıq.
      Yerli sahibkların müxtəlif beynəlxalq və milli səviyyəli tədbirlərdə, o cümlədən biznes forumlarda, sərgilərdə iştirakı onlara müxtəlif xarici ölkələrdəki iş adamlarınını təcrübəsini öyrənməyə, yeni texnologiyalarla tanış olmağa, biznes əlaqələri qurmağa imkan yaradır. Buna görə də biz Ucar rayon sahibkarların belə tədbirlərdə iştirakını təmin edirik.
      Rayonda sahibkarlığın inkişafı sahəsində işimizi Rayon İcra Hakimiyyəti, Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi, bələdiyyələr və digər qurumlarla əməkdaşlıq şəraitində aparırıq. Onlarla birgə «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasına yardım edirik.

 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

             
             
            

            

            

            






 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər