|
ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.
|
|
13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.
|
|
5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.
|
|
15-18 noyabr 2011-ci il tarixlərində İstanbulda “EXPONFV 2011 – 5-ci Beynəlxalq Çərəz (qoz-fındıq), Meyvə-tərəvəz və onların Saxlanma Texnologiyaları” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.
|
|
Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.
|
|
Bildiririk ki, 6-7-8 sentyabr 2011-ci il tarixlərdə “Baku Expo Mərkəzində” (Suraxanı r-nu, aeroport dairəsi) “Bakı Türk İxracat Məhsulları Sərgisi ” keçiriləcəkdir.
|
|
Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.
|
|
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.
|
|
Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.
|
|
2011-ci ildə Türkiyənin Hatay və Qaziantep şəhərlərində əkinçilik, qida və kənd təsərrüfatı texnikası və avadanlığı sahələrini əhatə edən səfər təşkil olunacaq.
|
|
3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.
|
|
16 – 19 may 2011-ci il tarixləri arasında İstanbulda “EVTEKS – 17-ci İstanbul Ev TekstiliSərgisi” keçiriləcəkdir.
|
|
“İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...
|
|
Sahibkarların nəzərinə !
Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.
|
|
Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.
|
|
Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.
|
|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Millət vəkili Səttar Mehbalıyev
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının yaradılması Azərbaycanda sahibkarlığın inkişafına təkan vermişdir. Respublikamızda o dövrdə, 10 il bundan öncə belə bir təşkilat yox idi. Sahibkarların hüquqlarını qoruyan, onlara necə biznesə başlamaq haqqında məlumat verən belə bir təşkilat yox idi. Yəni bu baxımdan demək olar ki, belə bir təşkilatın yaradılması Azərbaycanda sahibkarların maarifləndirilməsi işində mühüm rol oynayır. Bu təşkilatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların əmək və sosial hüquqlarının qorunmasında, onların biznesinin qorunmasında fəal yardım göstərən bir təşkilata çevrilmişdir. Bu baxımdan belə bir təşkilatın Azərbaycanda da yaradılması labüd idi. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan dövləti Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Bu təşkilatda 3 tərəf təmsil olunur. Dövlət, İşəgötürənlər və Həmkarlar təşkilatı təmsil olunur. Yəni bu üçündən biri olmasa onda Azərbaycanın səsvermə hüququ tam təmin olunmur. Ona görə də bu təşkilatın yaradılması ilə Azərbaycan dövləti Beynəlxalq Əmək təşkilatında tam səsvermə hüququna malik olmuşdur. Ikinci bir tərəfdən ASK yaradılandan sonra Azərbaycan sahibkarları ilə xarici dövlətlərdə fəaliyyət göstərən sahibkarlar arasında işgüzar əlaqələri güclənibdir. O cümlədən, Azərbaycan sahibkarları xarici dövlətlərə ezam olunurlar, onların iş təcrübəsini öyrənirlər. Digər tərəfdən xarici dövlətlərdə fəaliyyət göstərən iş adamları Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının xətti ilə Azərbaycana dəvət olunurlar, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə yaxından tanış olurlar. Biznes üzrə müəyyən müqavilələr də imzalanır. Bu baxımdan Azərbaycanda ASK həddindən artıq çox iş görüb. Konfederasiya Azərbaycanın regionlarında özünün təşkilatlarını formalaşdırır və bu təşkilatlar vasitəsilə regionlarda fəaliyyət göstərən işəgötürənlər arasında sıx əlaqə yaradılmasına nail olmuşdur. Mən əminəm ki, bundan sonra da Azərbaycan sahibkarları bu təşkilat ətrafında daha sıx birləşəcək, bu təşkilat daha da inkişaf edəcək və Azərbaycan iqtisadiyyatının inkişafında öz tövhəsini verən bir ictimai birliyə çevriləcəkdir. Bir sosial partnyor kimi bizim normal münasibətlərimiz var. Bu münasibətlər günü-gündən inkişaf edir. Bu baxımdan nəzərinizə çatdırım ki, biz tez-tez Baş Kollektiv Sazişin yerinə yetirilməsini tərəflər arasında müzakirə edirik və onların verdikləri təklifləri götür-qoy edirik. O cümlədən, bizim verdiyimiz təkliflər sahibkarlar tərəfindən təhlil olunur, qarşılıqlı şəkildə Baş Kollektiv Saziş hazırlanır və üçtərəfli qaydada imzalanaraq qüvvəyə minir. Mən bu təşkilatın bütün üzvlərinə, onun rəhbəri başda olmaqla uzun ömür, can sağlığı, fəaliyyətlərində uğurlar diləyirəm.
|
|
|
|
|