azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Tərəfdaşlıq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Zaqatala təbrik
          ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.


13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.



           5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.


15-18 noyabr 2011-ci il tarixlərində İstanbulda “EXPONFV 2011 – 5-ci Beynəlxalq Çərəz (qoz-fındıq), Meyvə-tərəvəz və onların Saxlanma Texnologiyaları” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.


          Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.


Bildiririk ki, 6-7-8 sentyabr 2011-ci il tarixlərdə “Baku Expo Mərkəzində” (Suraxanı r-nu, aeroport dairəsi) “Bakı Türk İxracat Məhsulları Sərgisi ” keçiriləcəkdir.


Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.      
  
 


Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.



          Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.


          2011-ci ildə Türkiyənin Hatay və Qaziantep şəhərlərində əkinçilik, qida və kənd təsərrüfatı texnikası və avadanlığı sahələrini əhatə edən səfər təşkil olunacaq.


           3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.


16 – 19 may 2011-ci il tarixləri arasında İstanbulda “EVTEKS – 17-ci İstanbul Ev TekstiliSərgisi”  keçiriləcəkdir.


           “İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...


Sahibkarların nəzərinə !

        Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.


       Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.


          Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.


            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 
ASK-nın Zaqatala rayon nümayəndəliyinin direktoru
Bahaddin Şabanov


     Azərbaycanın şimalında istər coğrafi, istərsə də iqtisadi baxımdan mühüm mövqeyi olan Zaqatala rayonunda 4 mindən artıq fiziki, 400-ə yaxın hüquqi şəxs fəaliyyət göstərir. Onlardan 79-u fiziki, 28-I hüquqi şəxs ASK-nın üzvüdür. Rayonda istehsal olunan məhsulun 80 %-i özəl sektorun payına düşür. Rayon büdcəsinin də 80 % məhz onların gəlirlərindən alınan vergilər hesabına formalaşır.
    Azərbaycan Respublikası Prezidentinin “Regionların social-iqtisadi inkişaf Proqramının “ yerinə yetirilməsində fəal iştirak edən Zaqatala sahibkarları ötən 3 il ərzində yeni istehsal sahələrinin yaradılmasında böyük işlər görmüş, məhsulların keyfiyyətini  xeyli yaxşılaşdırmış, işin səmərəliliyini yüksəltmişdir.
      Ötən qurultaydan keçən dövr ərzində istər sənaye, istərsə də kənd təsərrüfatı sahəsində yüzlərcə yeni iş yerləri yaradılmış, kənd təsərrüfatında meyvə, tərəvəz, ət, süd, yun istehsalı xeyli dərəcədə artmışdır. Dillər əzbəri olan Zaqatala fındıq bağlarının sahəsi xeyli genişləndirilmişdir. Çay və qızılgül plantasiyaları bərpa olunmuşdur.
       Rayonumuzda 30-dan yuxarı iri və kiçik həcmli fındıq emalı zavodları tikilmiş, efir yağları zavodu və çay fabriki bərpa olunmuşdur. Bütün bunlarla yanaşı bir problemləri də qeyd etmək lazımdır. Son 2 ildə  fındıq məhsulunun bazar qiymətləri 1-1.5 dəfə ucuzlaşmış, məhsulun respublikadan çıxarılmasında çətinliklər əmələ gəlmişdir. Təkcə, fındıq yox, xurma və digər kənd təsərrüfatı məhsullarının da xarici bazarlara çıxarılmasında sahibkarlar böyük çətinliklərlə üzləşirlər.
     Rayonumuz Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilmişdir. Onun füsunkar təbiəti, zəngin tarixi abidələri, etnoqrafik özünəməxsusluğu turistlərin diqqətini cəlb edir.
    Son illərdə rayon rəhbərliyinin və sahibkarların təşəbbüskarlığı və əməyi sayəsində yeni otel və motellər tikilib istifadəyə verilmişdir. Turizm üçün infrastrukturun yaradılmasına başlanılmışdır. Lakin bu sahədə işlərin sürətləndirilməsinə ciddi ehtiyac var. Xüsusi ilə kadr məsələsinə diqqət yetirilməlidir.
Sahibkarlara dövlət qayğısı sahəsində ölkədə, o cümlədən rayonumuzda sahibkarlıq durmadan inkişaf edir. Hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatında “Tək pəncərə sistemi” və vergi terminallarının yaradılması və sahibkarların ixtiyarına verilməsi buna parlaq misaldır.
     Lakin bütün bunlarla bərabər, hələ də davam edən bürokratik əngəllər, süründürməçilik, rüşvətxorluq halları, sahibkarlıqla məşğul olan və başlamaq istəyənlərin çoxunu həvəsdən salır.
Maliyyə problemləri, kifayət qədər kreditin əldə olunmaması, yüksək faizlə verilməsi, qısa müddətli olması bu sahədə digər neqativ hallarin hələ də mövcudluğu sahibkarlığın inkişafına ciddi zərbə vurur.
     Ümidvarıq ki, bütün bu mənfi hallar tezliklə öz həllini tapacaq, Azərbaycan dövləti və onun sahibkarları hər sahədə olduğu kimi, bu sahədə də dünyanın aparıcı ölkələri siyahısında olacaqdır.

 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

             
             
            

            

            

            






 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər