|
ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.
|
|
13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.
|
|
5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.
|
|
15-18 noyabr 2011-ci il tarixlərində İstanbulda “EXPONFV 2011 – 5-ci Beynəlxalq Çərəz (qoz-fındıq), Meyvə-tərəvəz və onların Saxlanma Texnologiyaları” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.
|
|
Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.
|
|
Bildiririk ki, 6-7-8 sentyabr 2011-ci il tarixlərdə “Baku Expo Mərkəzində” (Suraxanı r-nu, aeroport dairəsi) “Bakı Türk İxracat Məhsulları Sərgisi ” keçiriləcəkdir.
|
|
Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.
|
|
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.
|
|
Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.
|
|
2011-ci ildə Türkiyənin Hatay və Qaziantep şəhərlərində əkinçilik, qida və kənd təsərrüfatı texnikası və avadanlığı sahələrini əhatə edən səfər təşkil olunacaq.
|
|
3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.
|
|
16 – 19 may 2011-ci il tarixləri arasında İstanbulda “EVTEKS – 17-ci İstanbul Ev TekstiliSərgisi” keçiriləcəkdir.
|
|
“İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...
|
|
Sahibkarların nəzərinə !
Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.
|
|
Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.
|
|
Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.
|
|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Daimi Komissiyasının sədri Ziyad Səmədzadə
Azərbaycan Müstəqillik əldə etdikdən sonra qarşısında duran ən vacib məsələlərdən biri ölkədə siyasi-hüquqi-iqtisadi islahatların aparılması olmuşdur. Xüsusilə də iqtisadi sahədə qanunvericilik bazasının yaradılmasına ciddi ehtiyac var idi. Çünki Azərbaycan uzun illər 70 ilə yaxın Sovet sisteminin tərkibində olub ki, o sistemdə fəaliyyət göstərən qanunlar olduğu kimi Müstəqil Azərbaycanda tətbiq edilə bilməzdi. Bu baxımdan qarşıda çox ciddi bir vəzifə dururdu. Mən qeyd edim ki, bu iqtisadi qanunvericilik bazasının yaradılmasında o qədər də təcrübə yox idi. Baxmayaraq ki, 1991-ci ildə Azərbaycanda iqtisadi müstəqillik konsepsiyası haqqında qanun qəbul edilmişdi. Ona görə də hökumət, xüsusilədə Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra iqtisadi qanunvericilik sisteminin yaradılması istiqamətində çox ciddi addımlar atıldı. Bu prosesin həyata keçirilməsində qeyri hökumət təşkilatlarının da fəaliyyəti ön plana çəkildi. Həmin dövrdə qeyri həkumət təşkilatlarının fəaliyyəti o qədər də güclü deyildi. ASK artıq 10 ildir ki, fəaliyyət göstərir. Mən tam məsuliyyətlə qeyd etmək istərdim ki, bu 10 il ərzində ASK Azərbaycanda ildən-ilə inkişaf edən, ildən-ilə təkmilləşən böyük bir təcrübəyə malik olan bir qruma çevrilmişdir. Tam məsuliyyətlə demək istəyirəm ki, Azərbaycanın iqtisadi qanunvericiliyinin formalaşmasında bu təşkilatın özünəməxsus rolu vardır və onun başçısı bizim hörmətli professor Ələkbər Məmmədov artıq uzun illərdir ki, qanunvericilik bazasının təkmilləşməsi istiqamətində mütəmadi olaraq Milli Məclislə sıx əlaqələr saxlayır. Vergilər məcəlləsinin hazırlanması, gömrük məcəlləsinin hazırlanması, ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı ilə əlaqədar olan qanunların qəbul edilməsində ASK-nın verdiyi təkliflər həmişə böyük maraq doğurmuşdur. Mən artıq bir-neçə ildir ki, Milli Məclisin İqtisadi-siyasət daimi Komissiyasına rəhbərlik edən bir millət vəkili kimi qeyd etmək istəyirəm ki, bütün bizim müzakirələrdə ASK çox aktiv iştirak edir. Rəqabət Məcəlləsinin müzakirəsində, xüsusi iqtisadi zonalar haqqında qanun layihəsinin müzakirələrində büdcə sistemi haqqında qanun layihəsi, digər bütün iqtisadi qanunvericilik məsələlərinin müzakirəsində ASK-nın təklifləri maraq doğurur və biz o təkliflərin xeyli hissəsini qanun layihələrində düzəlişlər edilən zaman nəzərə alırıq. Ümumiyyətlə, ASK Azərbaycanda yeni iqtisadi təfəkkürün formalaşmasında çox böyük rol oynayır. ASK təkcə Bakı şəhərində deyil, Respublikanın bütün regionlarında fəaliyyət göstərir. Bu isə bizim üçün çox vacibdir. Çünki bu gün ümumi məhsulun 80%-dən çoxu özəl sektorda istehsal olunur. Özəl sektorun strukturu təkmilləşir. Özəl sektorda sahibkarlıq təbəqəsinin formalaşması üçün yeni iqtisadi mexanizmlər həyata keçirilir və bu mexanizmlərin tətbiqi, təbliği, ümumiyyətlə sahibkarların iqtisadi biliklərə marağının artırılması, biznes planların təşkili, hazırlanması, hazırlıq kurslarının təşkili məsələlərində ASK-nın çox böyük rolu vardır. ASK Beynəlxalq aləmdə tanınan bir təşkilatdır. ASK-nın iştirakı ilə bilavasitə Ələkbər müəllimin rəhbərliyi ilə Beynəlxalq konfranslar keçirilir. Bu Beynəlxalq konfranslarda bir daha sübut olunur ki, yeni iqtisadi münasibətlər, azad bazar münasibətlərinin inkişafı üçün əlverişli şərait yaranmışdır. Qloballaşan dünya böhranı şəraitində də ASK Azərbaycanda investisiya mühitinin yaxşılaşması, sahibkarların fəaliyyətinin canlanması, sahibkarların milli iqtisadiyyatın inkişafı istiqamətində atdığı addımların daha cəsarətli, daha düzgün olması üçün də təkliflər hazırlayır. Mən hesab edirəm ki, ASK nümunəvi bir qurumdur. Azərbaycanda gedən demokratik proseslər, sosial-iqtisadi inkişaf proseslərində ASK özünəməxsus rol oynayır və onun rəhbəri hörmətli prof.Ələkbər Məmmədov da bu struktura uğurla rəhbərlik edir. Mən I Qurultayda da iştirak etmişəm. 10 il bundan qabaq mən bilirdim ki, Konfederasiyanın gələcəyi çox uğurlu olacaq. Artıq həqiqətən 10 il ərzində ASK böyük bir inkişaf yolu keçmişdir. Mən əminəm ki, onun fəaliyyəti bundan sonra daha geniş, daha ətraflı, daha miqyaslı olacaq. ASK-nın fəaliyyəti nəticəsində Azərbaycanda orta sahibkarlıq sinfi təbəqəsi də formalaşacaq, sahibkarların bir strateji resurs kimi Azərbaycanın iqtisadiyyatında rolu artacaqdır. Bayramınız mübarək olsun. |
|
|
|
|