|
|
|
| Rəyasət Heyəinin toplantısı |
 |
Azərbaycan Respublikasi
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının Rəyasət Heyətinin
30 oktyabr 2007-ci il tarixdə növbəti iclası keçirilmişdir.
Gündəlikdə aşağıdakı məsələlər
müzakirə olunmuşdur... |
|
| MTP |
 |
MTP proqramının
İspaniyadakı tərəfdaşı Fomento Del Trabajo
Nacional təşkilatının nümayəndəsi
Josep Bertran 25 – 29 noyabr 2007-ci il tarixlərində Azərbaycanda
səfərdə olmuşdur. Səfərin məqsədi
Fomento Del Trabajo Nacional təşkilatı ilə Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası arasında
birgə həyata keçiriləcək layihənin müzakirə
olunmasından ibarət idi. |
|
| PUM Proqramı |
 |
PUM - Təcrübəli
Menecerlər Proqramı ilə əməkdaşlıq
çərçivəsində Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının xətti ilə cari ildə
7 ekspert missiyası uğurla başa çatmışdır.
Dəvət olunmuş ekspertlər yerli şirkətlərdə
səfərdə olmuş və onların bizneslərinin
inkişafı, genişləndirilməsi, rəqabət
qabiliyyətinin artırılması ilə bağlı
məsləhət xidmətləri göstərmişlər.
|
|
| «Bələdiyyələrin sahibkarlıq və biznes fəaliyyəti sahəsində biliklərinin artırılması və möhkəmləndirilməsi» layihəsi |
 |
Məlumdur ki, bələdiyyələrin
Azərbaycanın ictimai və sosial həyatında
oynadığı rol günü gündən artır.
Bələdiyyələrin fəaliyyəti bir çox
sahələri əhatə edərək vətəndaş
cəmiyyətinin mühüm atributuna çevrilir. Lakin
onların fəaliyyətində xeyli problemlər və
çətinliklər də mövcuddur. Bunların da
bir qismini bələdiyyə institutunun Azərbaycan
üçün yeni olduğu, bu sahədə ənənələrimizin
olmadığı ilə izah etmək olar. |
|
| Azərbaycan iş adamlarının beynəlxalq sərgilərdə iştirakı |
 |
06-09 sentyabr 2007-ci il
tarixində Türkiyənin İstanbul şəhərində
“NATURAL STONE – 2007” adlı Beynəlxalq mərmər
və qranit sərgisi keçirilmişdir. Adı çəkilən
sərgidə dünyanın bir sıra ölkələrindən
(Almaniya, ABŞ, Belçika, Çin, Fransa, Finlandiya, Cənubi
Koreya, Hindistan, İngiltərə, İspaniya, İsrail,
İtaliya, Yaponiya, Koreya, Macarıstan, Norveç, Rumıniya
, İordaniya, Yunanıstan, Tayvan və Türkiyə)
şirkətlər iştirak etmişdir. |
|
| Layiqli Əmək üzrə Ölkə Proqramı |
 |
2006-cı ilin 15 noyabrında Cenevrə şəhərində Beynəlxalq əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası üçün nəzərdə tutulmuş ölkə üzrə Layiqli Əmək Proqramı imzalanmışdır. |
|
| “Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə” Layihəsi |
 |
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası Beynəlxalq
Əmək Təşkilatı, ATƏT və MSBM təşkilatlarının
birgə həyata keçirdikləri “Azərbaycanda İnsan
Alverinə Qarşı Mübarizə” Layihəsində
iştirak edir.
|
|
| “Azərbaycanda sosial dialoqun inkişafı” |
 |
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) öz fəaliyyəti çərçivəsində xarici dövlətlərdə fəaliyyət göstərən institut və təşkilatlarla birlikdə müxtəlif iqtisadi və sosial yönümlü layihələrin həyata keçirilməsi ilə məşğul olur.
|
|
| “Azərbaycanda qeyri-formal iqtisadiyyatın tədqiqi və qeyri-formaldan formal iqtisadiyyata keçid məsələsində işəgötürənlər təşkilatlarının rolu” |
 |
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə “Azərbaycanda qeyri-formal iqtisadiyyatın tədqiqi və qeyri-formaldan formal iqtisadiyyata keçid məsələsində işəgötürənlər təşkilatlarının rolu” mövzusunda layihə həyata keçirir.
|
|
|
|
|