azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Tərəfdaşlıq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Nəşrlər
          ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.


13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.



           5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.


15-18 noyabr 2011-ci il tarixlərində İstanbulda “EXPONFV 2011 – 5-ci Beynəlxalq Çərəz (qoz-fındıq), Meyvə-tərəvəz və onların Saxlanma Texnologiyaları” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.


          Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.


Bildiririk ki, 6-7-8 sentyabr 2011-ci il tarixlərdə “Baku Expo Mərkəzində” (Suraxanı r-nu, aeroport dairəsi) “Bakı Türk İxracat Məhsulları Sərgisi ” keçiriləcəkdir.


Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.      
  
 


Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.



          Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.


          2011-ci ildə Türkiyənin Hatay və Qaziantep şəhərlərində əkinçilik, qida və kənd təsərrüfatı texnikası və avadanlığı sahələrini əhatə edən səfər təşkil olunacaq.


           3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.


16 – 19 may 2011-ci il tarixləri arasında İstanbulda “EVTEKS – 17-ci İstanbul Ev TekstiliSərgisi”  keçiriləcəkdir.


           “İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...


Sahibkarların nəzərinə !

        Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.


       Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.


          Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.


            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 

 

ASK-nın nəşrləri 

Sahibkar qadınlar

Təqdim etdiyimiz bu kitab işgüzar Azərbaycan qadınlarının həyat və biznes fəaliyyətinə həsr edilmiş ilk məlumat kitabıdır. Bu kitab Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə “Azərbaycan və Gürcüstanda işəgötürən təşkilatları vasitəsilə qadın sahibkarlığın inkişafı” layihəsi çərçivəsində nəşr edilmişdir. Kitabın çap edilməsində əsas məqsəd Azərbaycanda qadın sahibkarlığın mövcud vəziyyəti, bu sahədə qarşıya çıxan problemlər və dəstək olan amillər, müvəffəqiyyətə aparan yollar haqqında məlumat vermək və ən nəhayət, qadın sahibkarlığın təbliğidir.

Uşaq əməyinə yox deyək

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının ACT/EMP proqramının dəstəyi ilə «Kənd təsərrüfatında uşaq əməyinin ləğv edilməsində işəgötürənlərin rolu» layihəsi çərçivəsində fəaliyyətini kənd təsərrüfatında işləyən uşaqların məruz qala biləcəyi təhlükə və risklərlə bağlı işəgötürənlərin maarifləndirilməsi işinə yönəlmişdir. 
İşəgötürənlərin uşaq əməyi ilə mübarizədə konkret addımlar atmaları üçün aydın düşünülmüş fəaliyyət planına ehtiyacları var. Bu məqsədlə layihənin işçi qrupu tərəfindən işəgötürənlər üçün təlimat xarakterli nəşrlər hazırlanmışdır. «Uşaq əməyinə yox deyək» kitabında uşaq əməyinin ləğv edilməsi ilə bağlı işəgötürənlərə strategiya və konkret fəaliyyətlər təklif olunur. 
Bundan əlavə kitabda Azərbaycanın pambıqçılıq sahəsini xüsusi vurğulamaqla kənd təsərrüfatı sektorunda uşaq əməyindən istifadə olunması ilə bağlı Milli Hesabat öz əksini tapmışdır. 
 

Məhsuldarlıq və Rəqabətədavamlıq

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə sahibkarlar-işəgötürənlər üçün «Məhsuldarlıq və Rəqabətədamlıq» kitabını nəşr etmişdir. 
İş adamlarına təqdim ediləcək bu kitabda məhsuldarlıq, rəqabət, rəqabətədavamlıq və keyfiyyət haqqında anlayışlar, qlobal iqtisadi miqyasda, həmçinin milli və müəssisə səviyyəsində kompleks yanaşma baxımından onların tətbiqi, məhsuldarlığın və rəqabətədavamlığın artırılması alətləri kimi məhsuldarlıq göstəricilərinin təyin olunması, keyfiyyətin idarə olunması prinsipləri haqqında (TQM, İSO 9000 və s.) ümumi məlumatlar, məhsuldarlıq və rəqabətədavamlıq sahəsində beynəlxalq və milli qanunvericilik aktları haqqında məlumat və onlardan çıxarışlar verilmişdir. 

 Korrupsiyaya qarşı mübarizədə sahibkarların rolu

Korrupsiyaya qarşı mübarizədə Beynəlxalq təşkilatlar – BƏT, BMT İP, Dünya Bankı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Beynəlxalq Şəffaflıq Təşkilatı ilə sahibkarların ictimai birliklərinin əməkdaşlığı bu sahədə mühüm əhəmiyyətə malikdir. 
Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) vəsaiti hesabına Avrasiya Fondunun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirdiyi “Korrupsiyaya qarşı mübarizədə sahibkarların - işəgötürənlərin və onların ictimai birliklərinin rolunun gücləndirilməsi” bunun bariz nümunəsidir. 
Bu kitab adı çəkilən layihə çərçivəsində çap edilmişdir və özündə layihə üzrə aparılmış araşdırmanın nəticələrini, təklif və rəyləri, korrupsiyaya qarşı mübarizəyə həsr edilmiş analitik məqalələri cəm edir. 
 

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya haqqında Sahibkarların Maarifləndirilməsi

Bu vəsait Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komissiaysının dəstəyi ilə «Azərbaycan Respublikasının regionlarında sahibkarlar-işəgötürənlər arasında şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya ilə bağlı maarifləndirmə və məlumatlandırmanın təşkili» layihəsi çərçivəsində hazırlanmışdır.


“Məhsuldarlıq və Rəqabətədavamlıq” Trenerlər üçün vəsait
“Azərbaycanda məhsuldarlıq üzrə işəgötürənlər təşkilatlarının fəaliyyətlərinin artırılması” layihəsi çərçivəsində BƏT-in texniki dəstəyi ilə nəşr olunmuşdur. Vəsaitdə işəgötürənlər üçün böyük maraq kəsb edən dünya iqtisadiyyatında məhsuldarlıq və rəqabətədavamlığın rolu, milli səviyyədə, müəssisələrdə məhsuldarlıq və rəqabətədavamlıq üzrə beynalxalq hüquq və milli qanunvericilik və s. mövzular öz əksini tapmışdır.

Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi sahəsində İşəgötürənlər üçün vəsait BƏT-in ACT/EMP Proqramının uşaq əməyinin ləğv edilməsi ilə bağlı layihəsi çərçivəsində nəşr olunmuşdur. Vəsaitin əsas məqsədi uşaq əməyi sahəsində trenerlər hazırlamaqla bərabər, işəgötürənlərin uşaq əməyinin ən pis formaları haqqında məlumatlandırılması uşaq əməyi ilə mübarizədə onların rolunun gücləndirilməsinə xidmət etməkdir.
  

Kənd təsərrüfatında təhlükəli uşaq əməyinin ləğv edilməsi işəgötürənlər üçün vəsait
Təqdim etdiyimiz bu vəsait ASK tərəfindən işəgötürənlər üçün hazırlanmış təlimat xarakterli nəşrlərin davamıdır. Bu vəsaitin fərqi ondan ibarətdir ki, burada əsas diqqət təhlükəli uşaq əməyinə, yəni uşaqlar üçün kənd təsərrüfatında təhlükə və risklərin müəyyənləşdirilməsinə yönəlmişdir. Bu treninq vəsaitindən yalnız işəgötürənlər deyil, uşaq əməyinin ləğv edilməsində bütün maraqlı tərəflər də istifadə edə bilər. 
 

HİV/AİDS və iş yerləri İşəgötülənlər üçün vəsait

İşəgötürənlər üçün hazırlanmış bu tədris vəsaiti Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmişdir. Vəsaitin hazırlanması zamanı BƏT-in HİV/AİDS-lə bağlı nəşrlərindən, xüsusilə BƏT-in «HİV/AİDS və əmək sferası» üzrə Praktiki Qaydalar Toplusundan, Milli qanunvericilik sənədlərindən və BƏT-in müvafiq Konvensiyalarından istifadə edilmişdir.
Azərbaycanla bağlı məlumatlar Respublika AİDS-lə Mübarizə mərkəzinin, eləcə də digər təşkilatların internet məlumatlarına əsaslanır.
 

«Uşaq əməyinin ləğv esilməsi: İşəgötürənlərin yaxşı təcrübələri»

Kitab Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə «Kənd təsərrüfatında uşaq əməyinin ləğv edilməsində işəgötürənlərin rolu» layihəsi çərçivəsində hazırlanmışdır.
Kitabda Azərbaycanın kənd təsərrüfatı sektorunda uşaq əməyindən istifadə olunmasına qarşı mübarizədə işəgötürənlərin yaxşı iş təcrübələri toplanmışdır.

«HİV/AİDS və iş dünyası» kitabçası işəgötürənlər üçün nəzərdə tutulmuş və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə çap edilmişdir. Kitabçanın hazırlanması zamanı BƏT-in HİV/AİDS-lə bağlı məlumatlarından, müvafiq konvensiyalarından, «HİV/AİDS və əmək sferası» üzrə Praktiki Qaydalar Toplusundan, digər beynəlxalq təşkilatların nəçrlərindənç milli qanunvericilik sənədlərindən, Respublika AİDS-lə Mübarizə Mərkəzinin, eləcə də digər təşkilatların İnternet məlumatlarından və ekspertlərin HİV/AİDS-ə dair yazılarından istifadə edilmişdir.
Kitabda həmçinin Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən HİV/AİDS-in iş yerlərinə təsiri ilə bağlı apardığı araşdırmanın nəticələri öz əksini tapmışdır.

«Formal iqtisadiyyatda biznesə necə başlamalı?»
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının İşəgötürənlərin Fəaliyyəti Bürosunun (ACT/EMP) həyata keçirdiyi «Qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid məsələlərində işəgötürənlərin rolu» layihəsinə qoşulmuşdur. Layihə çərçivəsində sahibkarlar üçün «Formal iqtisadiyyatda biznesə necə başlamalı?» adlı soraq kitabçası çap edilmişdir. Soraq kitabçasında müəssisələrin təşkilatı-hüquqi formaları, hüquqi şəxslərin və fərdi sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosedurları, Azərbaycan Respublikasında vergi sistemi və vergilərin növləri, sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması qaydaları, sahibkarlıq fəaliyyəti sahəsində işəgötürənlərin məsuliyyəti, əmək münasibətləri, vergi nəzarəti və yoxlamalar, sosial sığorta sistemi və maliyyə mənbələri haqqında geniş məlumat verilmişdir.

«Sosial dialoq nədir?»
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə “Sosial Dialoq mexanizminin təkmilləşdirilməsində işəgötürənlərin rolu” layihəsini həyata keçirir. Layihə çərçivəsində İşəgötürənlər üçün bir sıra maarifləndirici tədbirlər keçirilmiş, sahibkarlara-işəgötürənlərə müəyyən metodiki vəsaitlər çatdırılmışdır və «Sosial dialoq nədir?» adlı soraq kitabı çap edilmişdir.
Sahibkarlara təqdim olunan bu kitabçada sosial dialoqun mahiyyəti, bu sahədə Beynəlxalq Əmək təşkilatının siyasəti və fəaliyyəti, Azərbaycan Respublikasının ratifikasiya etdiyi BƏT Konvensiyaları haqqında, həmçinin sosial dialoq sahəsində Milli qanunvericilik və Dövlət Proqraları, Kollektiv müqavilələr haqqında ətraflı məlumatlar verilmişdir. Hesab edirik ki, kitab işəgötürənlərə sosial dialoqda daha səmərəli iştirak etmək üçün faydalı məlumat mənbəyidir.

 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

             
             
            

            

            

            






 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər