|
Sahibkarların nəzərinə !
Qazaxıstanın “Ataməkan” İttifaqı Milli iqtisadi Palatası 3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.
Forum çərçivəsində Avrasiya işgüzar konqresinin (EADK) yığıncağı da keçiriləcək. Təşkilatçılar əmindirlər ki, keçirilən tədbir prosesində müasir iqtisadiyyatın aktual məsələlərinin dialoq meydanında müzakirəsi iqtisadi problemlərin həllinə öz tövhəsini verəcək.
Forumda Avrasiya ölkələri məkanında ikitərəfli və çoxtərəfli işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar sizi Astana iqtisadi forumunda iştirak etməyə dəvət edirik.
Əlavə məlumat üçün ASK-ya müraciət edə bilərsiniz.
Tel : 465-72-43
|