|
Sahibkarların nəzərinə !
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə 2010-cu ilin noyabr-dekabr aylarında rəhbər işçilərinin idarəçilik sahəsində olan biliklərini təkmilləşdirmək üçün “Menecment Treninq” Layihəsi çərçivəsində 5 seminar keçirmişdir. Bu seminarlar iştirakçılara xoş təəssürat bağışlamışdır.
Layihənin davamı olaraq 2011-ci il aprel-iyun aylarında “Bacarıqların inkişaf etdirilməsi”-nə həsr olunan hər biri ayrı-ayrı mövzuda 6 seminarın keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi rəhbər işçilərinin idarəçilik sahəsindəki biliklərini təkmilləşdirməkdən ibarətdir.
Ikinci seminarın mövzusu “Məhsuldarlıq və Səmərəlilik”dır. Seminar 3 saat müddətində davam edəcək və nəticədə iştirakçılara sertifikat təqdim ediləcəkdir.
Seminar 30 aprel 2011-ci il tarixdə saat 9.30-da Bakı şəhərində, akademik Həsən Əliyev küç. ünvanda, ASK-nın konfrans zalında keçiriləcək.
Məlumat üçün bildiririk ki, bu seminarlar ödənişlidir. ASK-nın üzvü olan müəssisələrin əməkdaşlarına hər bir nəfərinə 30 manat və ASK-nın üzvü olmayanların hər bir nəfərinə 50 manat məbləğində nağd və ya köçürmə yolu ilə ödəniş edilməlidir.
Tədbirdə iştirak edəcək nümayəndənin təsdiq olunması xahiş olunur.
Əlaqələndirici şəxs Emil Süleymanov.
Tel: +994 12 465 72 43
Mob: + 994 55 265 72 43
|