|
Sahibkarların nəzərinə !
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) bildirir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “ Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirilir.
Seminarda Respublika Prezidenti aparatından, İqtisadi İnkişaf və Ədliyyə nazirliklərindən və beynəlxalq təşkilatlardan məsul şəxslər iştirak edəcəklər.
Seminar tam iş günü ərzində saat 17.00-dək davam edəcək və nahar yeməyi ilə təmin ediləcək.
Seminarda iştirak etmək istəyən müəssisə, idarə, şirkət və digər təşkilatların nümayəndələrinin ASK-ya müraciət edərək qeydiyyata düşmələri xahiş olunur.
Əlaqələndirici şəxs Nurlana Həsənova.
Tel: +994 12 465 72 43
E-mail: pr_dep2@ask.org.az
|