Sahibkarların nəzərinə!
Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.
Forumun keçirilməsində məqsəd Qaqauziya iqtisadiyyatına yeni investisiyaların cəlb olunmasıdır. Qaqauziya tərəfi investisiya yönəltmək istəyi olan hər bir investora lazımı şərait yaradacaqdır.
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi forumda iştirak üçün iri sənaye müəssisələrin nümayəndələrindən ibarət heyət formalaşdırır. Forumda iştirakçıların yol xərclərindən başqa digər xərclər təşkilat komitəsi tərəfindən ödəniləcəkdir.
Forumda iştirakla bağlı 20.08.2011-ci il tarixinə qədər müraciət etməniz xahiş olunur. Əlavə məlumat üçün ASK ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: (012) 465 72 42/43
nurlana.hasanova@hotmail.com