azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Tərəfdaşlıq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
          ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.


13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.



           5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.


          Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.


Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.      
  
 


Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.



          Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.


           3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.


           “İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...


Sahibkarların nəzərinə !

        Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.


       Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.


          Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.


            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.



Sahibkarların nəzərinə!

            Məlumat üçün nəzərinizə çatdırırıq ki, 6-8 aprel 2011-ci il tarixdə Almaniyanın Köln şəhərində dünyanın böyük və möhtəşəm sayılan “USETEC 2011” sərgisi keçirilmişdir. Sərgidə 119 ölkədən 10 000 yaxın iş adamı ziyarət etmişdir.
Bu ilki uğurlu başlanğıcın davamı olaraq 5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.
“USETEC 2012” beynəlxalq xırdavat, təmir və tikinti alətləri “EISENWARENMESSE” sərgisi ilə paralel olaraq keçiriləcəkdir.
Səfərin əsas məqsədi sahibkarlığın inkişafı, yeni texnologiyaların Azərbaycanın iş adamları üçün öyrənilməsi və tətbiqi, Almaniyanın ixrac texnikası, avadanlıqları və bu istiqamətdə fəaliyyət göstərən şirkətlərlə tanışlıq, ticarət əlaqələrinin genişləndirilməsindən ibarətdir. 
Yarmarkada demək olar ki bütün sahələri əhatə edəcək işlənmiş texnika və avadanlıqlar nümayiş olunacaqdır. Sahibkarları belə yarmarkalardan yararlanması sahibkarlığın və iqtisadiyyatın inkişafına təkan verə bilər.
Sərgidə iştirak etmək təklifini nəzərdən keçirərək, məsələyə münasibət bildirməyinizi xahiş edirik.
“USETEC 2012” sərgisi haqqında ətraflı məlumat almaq üçün www.usetec.com səhifəsinə və ya ASK-ya müraciət edə bilərsiniz.
 
Əlaqələndirici şəxs: Emil Süleymanov
Tel/Fax: (+994 12) 465 72 43
Mob:      (+994 55) 265 72 43
Web:      www.ask.org.az
              pr_dep@ask.org.az


 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

             
             
            

            

            

            






 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər