|
Sahibkarların nəzərinə!
ASK məlumat üçün bildirir ki, Türkiyədə ixracat məhsulları sahəsi ilə məşqul olan firma və şirkətlərlə qarşılıqlı və ikitərəfli görüşlər keçirmək və bunun sayəsində ticarət münasibətlərini inkişaf etdirmək məqsədilə Türkiyə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə mütəmadi olaraq Alış-veriş Heyəti proqramları təşkil edilir.
Bu çərçivədə Ege İxracatçı Birlikləri Ümumi Katibliyinin təşkilatçılığı ilə 13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.
Proqram prosesində iştirakçılar üçün brifinqlər, ikitərəfli görüşlər, sərgi stendlərinin gəzintisi və şirkətlərə öz sahələrinə uyğun ziyarətlər ediləcək.
Tədbir iştirakçılarına güzəştlər nəzərdə tutulub və bu proqramda iştirak edəcək firma, şirkət təmsilçiləri aşağıda göstərilən şərtlərə riayət etməlidirlər:
- Proqramın başlama və qurtarma tarixləri ərzində son gündə vermiş olduqları qərarlarından çəkinməməlidirlər;
- İdxal etmək istədikləri məhsullar haqqında dəqiq məlumatlar verməlidirlər;
- Alış Heyəti Proqramına qatılan şirkət təmsilçiləri sərgidə iştirak etdikdən sonra keçirdikləri görüşlər və ikitərəfli iş bağlamaları haqqında Türkiyənin Azərbaycandakı səfirliyinin Ticarət Müşavirliyinə məlumat verməlidirlər.
Proqramda iştirak etmək istəyən firma və şirkət nümayəndələri 25.01.2012-ci il tarixinədək ASK-ya müraciət edərək lazımi anketi doldurub təhvil verməlidirlər. Göstərilən tarixdən sonra müraciətlər qəbul edilməyəcəkdir.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: (012) 465 72 42/43
E-mail: pr_dep2@ask.org.az
nurlanahasanova@hotmail.com
|