|
Sahibkarların nəzərinə - diqqət, maraqlı təklif !
Zeytun qiymətli meyvəli bitki kimi, eləcə də dekorativ ağac kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda yayılmışdır. Onun meyvələrindən və yağından bir sıra xəstəliklərə qarşı, həmçinin ərzaq məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə olunur.
Azərbaycanda uzun illər bundan əvvəl yayılmış bu qiymətli ağac son illərdə daha çox geniş yayılmaqdadır. Xüsusilə onun Abşeronda yetişdirilməsi çox gözəl nəticə verir. Bakının Zığ, Qala, Hövsan, Buzovna massivlərində salınmış zeytun plantasiyaları buna canlı sübutdur. Bu qiymətli bitki Abşeronun bağlarına, parklarına, Bakı şəhərinin küçələrinə xüsusi zinət verir, onları yaşıl dona bürüyür. Abşeronda yerləşdirilən yüzlərcə ağac və kol bitkiləri arasında o öz görkəmi ilə də nəzəri cəlb edir.
Buna baxmayaraq, təəssüf ki, belə qiymətli bitkiyə hələ lazımı qədər qayğı ilə yanaşılmır və meyvələrindən səmərəli istifadə olunmur. Beləliklə bitkinin inkişafı pozulur, nəticədə zeytunun barı get-gedə azalır, hər il küllü miqdarda məhsul itirilir.
Onu da bildiririk ki, zeytun sənaye əhəmiyyətli bitki kimi çoxdan bəri Qara dəniz sahillərində, Krımda və Gürcüstan kimi ölkələrdə geniş becərilir. İspaniyada, İtaliyada və Türkiyədə bu bitki milyonlarla hektarlarda becərilir.
Adlarını çəkdiyimiz ölkələrdəki becərilən zeytundan Azərbaycanda yetişdirilən zeytunun üstünlüyü onun yağlılığının daha çox olmasıdır. Bu bitkini Azərbaycanın digər rayonlarında da becərmək olar və nəticə etibarı ilə gəlirli bir sahəyə çevrilə bilər. Ölkəmizdə zeytunun emalı və zeytun yağı istehsalı da mövcuddur.
Bununla əlaqədar Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarların nəzərinə çatdırır ki, Konfederasiyanın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.
E. Ələkbərov Konfederasiyanın üzvlərinə xidmət işlərini güzəştli şərtlərlə təklif edir.
Zeytunçuluq sahəsi ilə məşğul olmaq istəyənlər Elman Ələkbərovla 050 388 83 78 mobil və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə 012 465 72 43 telefonlarla Eldəniz Məmmədovla əlaqə saxlamaqla ətraflı məlumat ala bilərlər.
Sizə yeni iş sahəsi qurmaqda uğurlar arzu edirik!
|